Həbsdəki bankirin arvadı London məhkəməsində açıqlama verə bilməsə... - GƏLİŞMƏ
Hadise
Oxunub: 373
12 fev 2020 | 16:52
Həbsdəki bankirin arvadı London məhkəməsində açıqlama verə bilməsə... - GƏLİŞMƏ


Bu gün, fevralın 12-də London məhkəməsində Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərədəki mal-mülkünün mənbəyini izah edən açıqlama verməlidir. Zamirə Hacıyeva məhkəmədə müvafiq açıqlama verə bilməsə, 100 milyon manatdan artıq dəyərləndirilən mal-mülk İngiltərə dövlətinin ixtiyarına keçəcək.

Onun vəkilləri ötən ilin dekabrında İngiltərə Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı apelyasiya şikayəti etmişdi. Lakin 2020-ci il fevralın 5-də onun şikayəti rədd edilib.

Londonda Zamirə Hacıyeva “Harrods” dükanında 16 milyon xərcləmiş zəngin azərbaycanlı qadın kimi tanınır. Ancaq o, bu var-dövlətə necə sahib olduğunu göstərmək tələbi ilə üz-üzədir. Onun həyat yoldaşı, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev qanunsuz mənimsəmədə təqsirli bilinərək Azərbaycanda həbs edilib. Cahangir Hacıyev və Zamirə Hacıyeva mənimsəmə ittihamlarını rədd edir. Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Apelyasiya məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib. Bu o deməkdir ki, o, qərardan İngiltərə Ali Məhkəməsinə şikayət edə bilməyəcək. Hakimlər onun 2 il əvvəl “İzahedilməz Sərvət Sərəncamı”nın qanuni hədəfi olduğunu bildirib. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. 2018-ci ilin noyabrında Zamirə Hacıyevanın daş-qaşlarına həbs qoyulubş. Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib. Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib.

Bu günə bilinən odur ki, o, Azərbaycana ekstradisiya edilməyəcək. Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər. Bunu 2018-ci ilin oktyabrında Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon BBC-yə demişdi. Qeyd etmişdi ki, Britaniyanın" İzaholunmaz Sərvət Sərəncamı" adı altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul “siyasi və beynəlxalq məsələyə” çevrilə bilər. Zamirə Hacıyeva son on il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubu və təyyarə sahibi olub. O, bu ödənişlərin bəziləri üçün Beynəlxalq Bankın 35 ədəd kredit kartından istifadə edib. Cahangir Hacıyev 2016-cı ildə sədri olduğu bankda böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb. Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib. İngiltərə Ali Məhkəməsi Zamirə Hacıyevaya sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə üzləşə bilər. Zamirə Hacıyeva Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Cənab Toon BBC-yə deyib ki, Milli Cinayət Agentliyi məhkəmə işini qazanarsa, o zaman mülklər müsadirə olunacaq. “İlk növbədə, həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi (Azərbaycan) və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq”.

Zamirə Hacıyeva mal-mülkün alınmasına xərclənən pulun mənbəyini göstərərsə, Milli Cinayət Agentliyi həmin sənədləri 60 gün ərzində öyrənərək əmlakın mənimsənilməsi, yaxud geri qaytarılması barədə yekun qərar verəcək.

Aydındır ki, bu pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir.

Bəs bu pullar Azərbaycana qaytarılan bilərmi?

Azərbaycan dövləti müsadirəsi nəzərdə tutulan əmlaka sahib çıxmaq üçün hansı addımlar atmalıdır?

“Yeni Müsavat”ın əməkdaşı bu suallarla növbəti dəfə tanınmış hüquqşünas Əkrəm Həsənova müraciət edib. Hüquqşünas deyib ki, Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər: “Zamirə Hacıyevanın həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır. Bu gün Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər. Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir. Bunun müqabilində isə Zamirə Hacıyeva əmlakın 60-70 faizini qaytarır Azərbaycan dövlətinə. Bu əqdin bir bəndi kimi Cahangir Hacıyevin azad edilməsi də ola bilər. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz".

Əkrəm Həsənov deyir ki, Zamirə Hacıyevaya “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanun tətbiq ediləndən aydın idi ki, proses hansı nəticə ilə yekunlaşacaq: “Zamirə Hacıyeva istəsə belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməz. Çünki həmin əmlakların necə əldə olunması bu prosesi izləyənlərdə müəyyən təxminlər, qənaət, yəqinlik yaradıb. Hacıyeva işsiz-gücsüz qadındır. Əvvəldən də məlumdur ki, o, həmin əmlakların mənbəyini təsdiqləyəcək hər hansı bir sənədi ortaya qoya bilməyəcək. İngilislər də həmin qanunu məhz belə situasiyalara uyğun yazıb hazırlayıb, korrupsiya yolu ilə əldə olunan əmlakları müsadirə etmək üçün qəbul ediblər. Həm də bu qanun üzrə müsadirə İngiltərənin Avropa Birliyindən ayrılmasından (Breksit) dərhal sonraya təsadüf edir. Bu qanun ona görə qəbul edilib ki, Londonda məskunlaşmış və varidatlarının mənbəyini açıqlaya bilməyən ”zamirə hacıyeva"lardan alsınlar. “Brexit”dən sonra İngiltərədə iqtisadi durumun pisləşməsi gözlənilir. Böyük varidat sahiblərinin mal-mülklərinin müsadirəsindən əldə olunan gəlirlər isə iqtisadi durumun düzəlməsinin qarantı olacaq".

Əkrəm Həsənov deyir ki, bu gün İngiltərədə Zamirə Hacıyevanın durumunda olan xeyli xarici vətəndaş var: “Ölkələrində qaranlıq yollarla əldə etdikləri 10 milyonlarla vəsaiti illərlə varlıların cənnəti hesab edilən İngiltərəyə daşıyıblar. İngilislər də bunu illərlə bilib və göz yumublar. İndi isə vəziyyət dəyişib, ingilislərə pul lazımdır. Həm də çoxlu pul lazımdır. ”İzaholunmaz Sərvət Sərəncamı" adlı bircə qanun yazıblar və bu qanuna istinad edib böyük pulların müsadirəsini həyata keçirib dövlətə keçirəcəklər. Dövlətləri varlanacaq, buna uyğun vətəndaşlarının da rifahı yüksələcək. Məsələ bu qədər sadədir. Dünyanın dörd bir tərəfindəki dövlətlərdən oğurlanan pulları oğurlayanların əllərindən alıb qanuni şəkildə öz rifahlarına xərcləyəcəklər. Azərbaycan dövlətinin həmin pullara sahib çıxması üçün qanuni yollar var. Ötən dəfə bu haqda açıqlamamda demişdim ki, Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlana bilər. Həmin əqdə əsasən Azərbaycan dövləti Zamirə Hacıyevanın əmlaklarının dövlətə məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilər. Bundan sonra oradakı əmlaklar əqddə nəzərdə tutulan faiz nisbətində Azərbaycan dövlətinə qaytarıla bilər. Cahangir Hacıyevi də azad edib Zamirə Hacıyevanın yanına göndərmək olar".

Xatırladaq ki, Zamirə Hacıyevaya verilmiş müddət bitməkdə ikən Azərbaycanda, Bakı Apelyasiya Məhkəməsi onun həyat yoldaşının cəzasının azaldılması haqda qərar verib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində olan hökmdən verilən şikayətə baxılıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzasından üç ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
“Yeni Müsavat”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu