Genetikdən ciddi xəbərdarlıq – elektrik çaydanlar ÖLÜM SAÇIR
Hadise
Oxunub: 405
8 fev 2020 | 15:16
Genetikdən ciddi xəbərdarlıq – elektrik çaydanlar ÖLÜM SAÇIR


Rusiyalı genetik mütəxəssis Yevgeni Patkin plastik elektrik çaydanların zərərlərini açıqlayıb.

Alimlər hamilə qadının qəbul etdiyi az miqdarda zəhərin uşağın sağlamlığına necə təsir etdiyinə dair bir sıra təcrübələr aparıb. Eksperimental Tibb İnstitutunun molekulyar sitogenetik laboratoriyasının müdiri, elmi qrupun rəhbəri – Yevgeni Patkinin dediyinə görə, döl epigenetik dəyişikliklərə məruz qalır ki, bu da özünü yetkin yaşda ciddi xəstəlik kimi göstərə bilər.

Alimlər ətraf mühitdən az miqdarda bədənə daxil olan toksinlərin nəticədə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək proseslərə təkan verəcəyini sübut edib. Üstəlik, zəhər uşağın orqanizminə ana bətnində olarkən daxil olarsa, insan kifayət qədər yetkin yaşda da xəstələnə bilər. Patkin həmin maddələri açıqlayıb:

“Epigenetik dəyişikliklərin baş verməsi üçün bədənin güclü təsirə məruz qalmasına ehtiyac yoxdur – məsələn, ağır metalların olduğu yeməklər, və ya az miqdarda bisfenol olan plastik su şüşələri kifayətdir. Rəsmi olaraq zəhərin tərkibi sanitar norma daxilində olacaq – mutasiyaya səbəb olmayacaq, amma epigenetik dəyişikliklər mütləq baş verəcək. Yeri gəlmişkən, bisfenol isidildiyi zaman daha fəal buraxılır. Odur ki, plastik elektrik çaydanları atmaq və uşaq yeməyini plastik şüşələrdə qızdırmamaq lazımdır”.

Genetik eyni zamanda vurğulayıb ki, hamilələrin sağlamlığı mühümdür. O, əlavə edib ki, kişinin spermatogenezi ömrü boyu davam edir. Əgər zəhər və ya şüalanmaya məruz qalsa, bir müddət sonra sperması təmizlənəcək. Qadının bütün yumurtalıqları zərər görərsə, əbədi olaraq belə qalacaqlar.

Alimlərin fikrincə, embrional dövr həlledici rol oynayır. Mütəxəssislər xəstəliklərin əsasən DNT-dəki epigenetik dəyişikliklərlə əlaqəli olduğunu düşünür. Elmdə yeni bir istiqamət ortaya çıxıb – (utero inkişaf etmiş) “yetkin” xəstəliklərin fetal səbəblərinin araşdırılması. Həkimlər xəstəliklərin epigenetik mexanizmlərini başa düşdükdən sonra yeni effektiv müalicə üsullarının tapılacağını gözləyirlər. (publika.az)
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib