“Müsəlman aləmi səssiz qalmayacaq” – Yaxın Şərq üçün sülh-müharibə planı
Hadise
Oxunub: 452
1 fev 2020 | 14:00
“Müsəlman aləmi səssiz qalmayacaq” – Yaxın Şərq üçün sülh-müharibə planı


İlqar Vəlizadə: “Fələstinin qəbul etməməsinə baxmayaraq, planı reallaşdırmağa çalışırlar və ziddiyyətli mənzərə ortaya çıxır”

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə uzun müddətdir gündəmdə olan “Yaxın Şərq sülh planı”nı beynəlxalq ictimaiyyətə təqdim edib və fələstinlilərin də gələcəkdə bu planı qəbul edəcəklərinə inandığını bildirib. Lakin Fələstin rəhbərliyi sözügedən plana etiraz edib.

Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırıb.

– İlqar bəy, Donald Tramp və Benyamin Netanyahu “Yaxın Şərq sülh planı”nı qəbul etdiklərini bildirdilər. Sizcə, planın nəticəsi necə olacaq?

– Məlum məsələdir ki, hər iki dövlət Fəlsətini açıq-aşkar fakt qarşısında qoyur. Əslində isə bu, ABŞ və İsarilin ortaq planıdır. Təbii ki, burada müştərək işdən, yaxud hansısa beynəlxalq səylərdən danışmaq mümkünsüzdür. Çünki bu prosesdə yalnız iki tərəf – ABŞ və İsrail iştirak edib. Buna baxmayaraq, İsrail və ABŞ daxilində də bu plana qarşı çıxan müxtəlif fikirlər mövcuddur. Yəni iki ölkə daxilində də bu planı qəbul etməyən qüvvələr var. Hətta ABŞ-da Demokratlar və Respublikaçıların içində də bu plana qarşı müxalif olan qüvvələr var.

ABŞ-da Prezident seçkiləri keçiriləcək. Əlbəttə ki, daxili və xarici siyasi aspektlərdən bu seçkilər mühüm rol oynayacaq. Belə ki, Trampın bu seçkilərdə qələbə qazanması üçün regionda aparılan siyasət əhəmiyyətlidir və Yaxın Şərqdə qələbə qazanmaq lazımdır. Bu planın həyata keçirlməsi də Trampa qələbə qazanmaq üçün əsas verir. Bundan əlavə, İsraildə qarşıdan gələn növbədənkənar parlament seçkiləri üçün Netanyahuya da bu plan lazımdır ki, Netanyahu müəyyən qədər dividendlər qazansın. Bununla da o, bu planı önə çəkərək və ABŞ-ın da bu planı dəstəklədiyini bildirirək seçkiqabağı platformasını möhkəmləndirəcək və növbəti dəfə Baş Nazir seçilməyə müvəffəq olacaq. Bir sözlə, daxili və xarici siyasət baxımından bu plan hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.

Fələstinə gəldikdə isə, düşünmürəm ki, bu planı qəbul etməklə Fələstin ilə İsrail arasında sülh və davamlı sabitlik əldə olunacaq. Çünki məlum olduğu kimi Fələstin bu planı qəbul etməyəcək. Eyni zamanda, benyəlxalq ictiamiyyət, bəzi Avropa ölkələri, BMT Təhlükəsizlik Şurasının bir neçə üzvü, o cümlədən ərəb ölkələri və müsəlman aləmi bu plana səssiz qalmayacaq.

– Amma artıq Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn bu plana dəstək verib, bu səbəbdən də həmin ölkələrin səfirləri Ağ Evdə qəbul edilib və onlara təşəkkür olunub…

– Ümumiyyətlə, bu plan Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunmuş bəyannamələrə ziddir. Çünki bütün qətnamələrdə qeyd olunur ki, Fələstinlə bağlı hər hansı məsələnin taleyi fələstinlilərin bilavəsitə iştirakı ilə təyin olunmalıdır. Amma bu planda Fələstin tərəfdən heç kim yox idi. Doğrudur, ola bilər, ərəb ölkələrində müəyyən qüvvələr var ki, İsraillə əməkdaşlıq edirlər, amma bu əməkdaşlıq qeyri-rəsmidir. Amma bu dövlətlər açıq-aşkar İsrailə siyasi dəstək versələr, əlbəttə ki, bu, müsəlman və ərəb ölkələri daxilində fikir ayrılıqlarına gətirib çıxara bilər.

Digər tərəfdən, bu plan həm BMT, həm də digər təşkilatların daxilində qəbul olunmuş normalara uyğun deyil. Bu, sadəcə ABŞ və İsrailin şərti təklifidir. Çünki əslində, təklif Fələstinə ünvanlanmalıdır və Fəslətin rəhbərliyi bu təklifi qəbul etməldir ki, plan reallaşsın. Lakin Fələstin bu planı qəbul etmir, o biri tərəfdən isə plan reallaşır və belə bir qəribə ziddiyyət ortaya çıxır. Bu da onu göstərir ki, burada güclü siyasi oyun var və Fəlsətin fakt qarşısında qoyulur. Çünki İsrail və ABŞ meydan sahibidir deyə, Fələstin məcbur olub hansısa reaksiya verməldir. Bu reaksiyanı isə yəqin ki, yaxın gələcəkdə görəcəyik.

– Reaksiya demişkən, Fələstin xalqı onların əleyhinə olan bu plana qarşı yeni mübarizəyə qalxa bilər?

– Bu, yeni ittifaqa səbəb ola bilər. Amma ittifaq qurmaq üçün eyni zamanda maliyyə resursları olmalıdır. Fələstinə isə maliyyə resurslarını hansı dövlətlər verəcək, bu, maraqlıdır. Çünki bu ittifaq qurulsaydı, yəqin ki, bu günə qədər qurulardı. Yəni fələstinlilərin imkanları kifayət qədər məhduddur. Digər tərəfdən, onlara belə bir məqamda kim və ya kimlər dəstək verə bilər? Belə ki, əvvəllər onlara maliyyə dəstəyi Səudiyyə Ərəbistanından, Qətərdən, BƏƏ-dən və digər ölkələrdən gəlirdi. Çünki BƏƏ-də böyük Fələstin diasporu fəaliyyət göstərirdi. İndi isə Səudiyyənin belə bir ittifaqa dəstək verməsi inandırıcı deyil. Üstəlik, BƏƏ-nin davranışı da göstərdi ki, onlar da Fələstinə dəstək verməyəcəklər. Qətər isə hazırda elə bir vəziyyətdədir ki, özünü başqa ölkələrlə üz-üzə qoymaz.

– Belə çıxır ki, Fələstin hələ də dövlət olmaq imkanından məhrum olacaq?

– Burada bir məsələ var. 130 ölkə Fələstini rəsmən dövlət kimi tanıyıb. Bu 130 ölkənin içində Fransa və Çin kimi BMT TŞ-nin daimi üzvləri də var. Amma onlar Fələstini başqa sərhədlər çərçivəsində tanıyıb. Daha doğrusu, onlar Fələstini daha geniş sərhədlər çərçivəsində tanıyıb. Lakin BMT TŞ-nin digər üzvləri, həmçinin bəzi Avropa və Latın Amerikası ölkələri Fələstinin müstəqilliyini tanımayıb. Ona görə də siyasi-hüquqi cəhətdən sadəcə olaraq proses dondurulmuş qalır və daha çox dalana dirənir, nəinki, çıxış yolu görsənir.

– Tramp-Netanyahu görüşübdə maraqlı bir məqam da oldu. Belə ki, bir çox ölkələrin mətbuat nümayəndələri görüşdə iştirak etmək hüququ əldə etsələr də, türkiyəli jurnalistlərə görüşdə iştirak etmək qadağası qoyuldu. Məlumdur ki, bu münaqişədə Türkiyə də Fələstini dəstəkləyir. Belə olan halda, Türkiyə prosesə müdaxilə edə bilər?

– ABŞ Qüdsü ilk dəfə İsrailin paytaxtı elan edəndə Türkiyə İslam Əməkdaşlıq Təşkilatının konfransını çağırmışdı. Çox güman ki, indi də belə bir addımın atılmasına ehtiyac olacaq. Yəni ola bilsin ki, Türkiyə belə bir addım atsın. Hətta ola bilər ki, BMT çərçivəsində də müzakirələr olsun. Lakin real siyasi vəziyyətə baxanda görmək olar ki, Türkiyə kimi ölkələr bu prosesdə təklənəcək. Ona görə də onların səyləri bir o qədər də təsirli görünməyəcək.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu