Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? – Baş infeksionistdən AÇIQLAMA
Hadise
Oxunub: 481
27 yan 2020 | 15:30
Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? – Baş infeksionistdən AÇIQLAMA


“Artıq Səhiyyə naziri “Koronovirus”la bağlı əmr imzalayıb və lazımi tədbilər görülüb. Amma buna rəğmən, virusun Azərbaycana yayılması riski davam edir. Heç kim bu riskdən sığortalanmayıb”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O, qeyd edib ki, Çinlə olan əlaqələr bu riskin artmasına əsas səbəbdir:

“Bu xəstəlik insandan insana o vaxt ötürülür ki, çox sıx təmas olsun. Çin əhalisi yüksək sıxlığa malik olsa da, 12 milyonluq şəhərdə cəmi 3 minə yaxın insan virusa yoluxub. Bu o deməkdir ki, kontakt əlaqələrdən keçirilicik zəifdir. Ölüm faizi isə 3 faizə qədərdir”.

Həkimin tövsiyəsi infeksiya səngiyənədək xəstəlik yayılan regiona səfərlərin təxirə salınmasıdır:

“Yox, əgər mütləq getməlisinizsə, onda təhlükəsizlik tədbirlərini gücləndirməlisiniz. Çin hökuməti çox güclüdür. Çinin başqa yardıma ehtiyacı yoxdur. “Sars” virusunu necə lokallaşdırdılarsa, bu virus da eləcə lokallaşdırılacaq”.

C.İsayev deyib ki, virus əvvəlcə yarasalarda aşkarlanıb:

“Daha sonra ilana keçib. Çinlilər də ilanla qidalandıqlarına görə bu virusa yoluxublar”.

Baş infeksionist bildirib ki, virusun Çindən gətirilən mal-məhsulla, poçt bağlamaları ilə Azərbaycana keçirilmə ehtimalı yoxdur:

“Çünki viruslar xarici mühit tədbirlərinə son dərəcə həssasdırlar. 37 dərəcə temperaturda 15 dəqiqəyə, 56 dərəcədə isə dərhal tələf olur. Virus otaq temperaturunda 3 saat qaldığı halda məhv olur. Viruslar sənaye şəraitində texniki işlənmədən keçdiyindən onun insana keçməsi mümkünsüz görünür. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də həm Çindən gələnlər, həm də Çinə gedənlər təyyarədən düşən kimi yoxlamdan keçməlidirlər”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu