Həbsdəki sabiq icra başçısı harada saxlanılır?
Hadise
Oxunub: 340
15 yan 2020 | 11:30
Həbsdəki sabiq icra başçısı harada saxlanılır?


Prezident həbs olunan məmurların əməllərini yada saldı və xəbərdarlıq etdi

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən də danışıb:

“Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.

Prezident konkretləşdirməsə də, aydındır ki, söhbət Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədovdan gedir. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar. Bəs indi sabiq məmurlar harada saxlanılır, onların istintaqı barədə hansı yeniliklər var?

Rəsmi orqanlardan bununla bağlı suallara hələ ki cavab olmadığından vaxtilə vergidən yayınma ittihamı ilə həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə danışdıq. O, “Yeni Müsavat”a deyib ki, iş üzrə əməliyyat-istintaq tədbirlərinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsi, icra başçılarının DTX-çılar tərəfindən qandallanması istintaqın bu qurumda davam etdirilməsini söyləməyə əsas verir: “Bu adamlar dövlətin maddi durumları ürəkaçan olmayan vətəndaşlara yönəlik addımlarını sabotaj ediblər. İmkansız vətəndaşlara çatmalı olan pulları alıb ciblərinə qoyublar. Təbii ki, bu da ciddi narazılıq yaratmışdı. Belə şəxslərin DTX-da saxlanılmaları məqsədə müvafiqdir”.

Əvəz Zeynallı deyir ki, icra başçıları, nazirlər, bankirlər və ümumiyyətlə, böyük büdcə pullarına əlləri çatan, çırpışdıran məmurların həbsə alınması özlüyündə çox yaxşı haldır: “Çox təəssüf ki, bu şəxslər həbsə alınandan sonra durumları əvvəlkindən elə də fərqlənmir. Bəzilərinin ”içəri”də də kefləri kök olur. Çünki pul orada da işləyir. Özlərinə “içəri”də otaq düzəldirlər. Orada televizorları, soyuducuları, telefonları, qulluqçuları belə olur. Hətta “zon”a gedəndə özlərinə orada ayrıca otaq düzəldirlər. Akif Çovdarovun bu gün ayrıca otağı var. Yəni bu adamların pulları var və həmin pullarla “içəri”də də özlərinə şərait qururlar. İmkanı olmayanlar üçün isə təbii ki, çox fərqli, ağır şərtlər var”.

Əvəz Zeynallı deyir ki, vəziyyəti dəyişmək üçün Cinayət Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə köklü dəyişikliklər edilməlidir: “Qanunlar qarşısında hamının bərabərliyini təmin etmək vacibdir. Vaxtilə vəzifədə olan Penitensiar Xidmət rəislərindən biri demişdi ki, ”burada nə var ki, kimin pulu var, verir və yaxşı yaşayır”. Qanunlarda o qədər böyük boşluqlar var ki, qanun qarşısında hər bir məhbusun bərabərliyini bərqərar etmək üçün mütləq islahatlar aparılmalıdır. Məsələn, qanunla dustaq həftədə 2 dəfə evi ilə danışa bilir. Amma pul verib hər gün danışa bilərsən. Gündə 3-5 dəfə də danışanlar var. Çünki pulunu verir. Telefon məsələsi ilə bağlı durumu dəyişmək üçün “zon”ların həyətində telefonlar sərbəst olsa və dustaq gedib kartını taxıb oradan nə qədər istəsə danışa bilsə, artıq bu qeyri-bərabərlik olmayacaq. Hazırda isə “içəri” gedən icra başçısı elə orada da özünə icra başçısı kimi şərait qura bilir. “İçəri”də daha yaxşı yaşayanları var. Hər gün yemək-içmək gəlir, otağa istədiyi adamı gətirir, otaqda özünə şərait qurur. 5 min manat verib internetli telefon saxlaya bilir. Ailəsi ilə istədiyi qədər görüntülü danışır. Qanunla 15 gündə 1 dəfə görüşə bilir. Pulunu verir və istədiyi qədər görüşlərin sayını artıra bilir. İstəsə gündə 2 dəfə görüşə çıxa bilir”.

Əvəz Zeynallı deyir ki, həbsə alınan vətəndaşların istintaq təcridxanalarında, cəzaçəkmə yerlərində durumlarının yüksək səviyyədə olması arzuolunandır: “Amma bu ayrı-seçkiliklə, kimin pulu var, xüsusən də korrupsiya ilə həmin pullar qazanılıbsa, ona lüks şərait, olmayana isə qara çörək yedizdirmək şəklində olmamalıdır. İcra başçısı da, MTN generalı dam ”içəri”də eyni şərtlərdə saxlanılmalıdır.

Təbii ki, “içəri”də yetim-yesirin haqqını yemiş icra başçısına digər dustaqların münasibəti yaxşı olmur. Məsələ burasındadır ki, bu gün digər dustaqlar həbsdəki icra başçılarını, generalları, bankirləri heç görmürlər. Çünki bu adamlar “içəri”də də özlərinə şərait qururlar. Yetim-yesirdən, iş adamının əlindən aldıqları pullardan verib özlərinə ayrıca şərtlər təmin edirlər. Bu aradan qaldırılmalıdır ki, büdcə pulunu oğurlayan icra başçısı, dövlətin büdcəsini talayan məmur “içəri”də onu rahat həyat gözləmədiyini göz altına alsın”.

Əvəz Zeynallı deyir ki, durumu dəyişmək üçün Penitensiar Xidmət əməkdaşlarının əmək haqqı yüksək olmalıdır: “Nadzor ən azı 1500 manat əmək haqqı almalıdır ki, həbsdəki icra başçısının 2-3 manatının ümidinə qalmasın. Dustaq hesabına xidmət əməkdaşlarının yaşaması aradan qaldırılmalıdır. Bu olmadıqca, Penitensiar Xidmətdə ələ baxımlılıq aradan qalxan deyil, həbsə alınan məmurlar da öz kefləri ilə yaşayacaqlar”. /Yeni Müsavat/
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu