Şok iddia: Pakistan Ermənistanla əlaqələr qurur? - “Səfirlik açıqlama verməlidir”
Hadise
Oxunub: 296
13 yan 2020 | 19:50
Şok iddia: Pakistan Ermənistanla əlaqələr qurur? - “Səfirlik açıqlama verməlidir”


“Pakistan həmişə Azərbaycanın yanında olub, Ermənistanı işğalçı ölkə kimi tanıyıb, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Rəsmi İslamabad ölkəmizlə hərbi -texniki əməkdaşlıqda maraqlı olub, dəfələrlə öz hərbi yardımını təklif edib. Türkiyədən sonra Azərbaycanın ən etibarlı müttəfiqi məhz Pakistandır. Amma indi qardaş Pakistandan narahatlıq doğuran xəbərlər gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Pakistanın Kəşmir bölgəsinin Hindistanın işğalı altında olduğunu qeyd edən ekspertin sözlərinə görə, Dehli ötən ildən başlayaraq bölgədə etnik qarşıdurmalar yaradaraq, Kəşmirin muxtar statusunu ləğv edib:

“Əlbəttə, belə bir addım və qərar qardaş Pakistanın etirazı ilə qaşılandı. Nəticədə iki ölkə arasında lokal hərbi qarşıdurmaların başlanmasına zəmin yarandı.

Pakistanı Kəşmir məsələsində daima dəstəkləmişik. Amma ötən il Pakistan Kəşmir məsələsində Azərbaycandan açıq dəstək istədi. Azərbaycan isə Kəşmir məsələsində neytrallığını qorudu. Görünür, bu, Pakistan tərəfinin incikliyinə səbəb olub. Qənaətimə görə, Hindistanla münasibətlərə və beynəlxalq konyukturadakı vəziyyətə görə Bakı Kəşmir məsələsində neytral mövqedə dayanıb. Kiçik ölkə olaraq bizim qorunmağımız, beynəlxaq səviyyəli münaqişlərədə tərəf tutmağımız əleyhimizə işləyə bilər.

Amma işğal faktoruna görə Ermənistanı bir ölkə kimi tanımayan Pakistana dəstək vermək olar”.

Məhəmməd Əsədullazadə bildirib ki, Pakistanda Ermənistanla diplomatik əlaqələrin qurulması istiqamətində işlərin getdiyi haqda informasiyalar dolaşır:

“Pakistanın öz mövqeyindən geri çəkilməsi üzücü ola bilər. 30 illik davamlı siyasətin üstündən xətt çəkmək Pakistan-Azərbaycan əlaqələrinə mənfi təsir edə bilər. Ermənistanın Pakistan üçün heç bir iqtidadi-siyasi perspektivi yoxdur. Bunu Azərbaycanı cəzalandırmaq üçün edirsə, kökündən yanlış siyasətdir. Pakistanın ölkəmizdə səfirliyi bu barədə açıqlama verməlidir. Bundan əlavə, rəsmi Bakı Pakistanla danışıqlar aparmalıdır, buna imkan vermək olmaz”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu