Müharibə olacaq, ya olmayacaq? - TƏHLİL
Hadise
Oxunub: 341
6 yan 2020 | 20:19
Müharibə olacaq, ya olmayacaq? - TƏHLİL


İl necəliyini, xarakterini müəyyən etməyi bizə etibar etmədi. İranlı generel Qasım Süleymaninin qətli dünyanın bu günlərdə daha çox spirt qoxuyan böyük şəhərlərinin havasına bir az barıt qoxusu da qatdı – bir neçə gün hamı bölgədə başlaya biləcək növbəti savaşı gətür-qoy etdi və həmişə olduğu kimi, bir nəticə hasil edə bilmədi: otuz ildir ki, gözlənilən İran –ABŞ müharibəsi, nəhayət, olacaq, yaxud olmayacaq?

Bəri başdan deyək ki, ABŞ qətlin arxasından qaçmadı və 21-ci əsrin gənc yazıçılarına “Bir qətlin tarixçəsi”ni yazmaq lazım gəlməyəcək, ən azı ona görə ki, Vaşinqton birmənalı şəkildə qətli öz adına çıxdı. Amma bizə elə gəlir ki, otuz ilin düşmənləri arasında bütün hallarda anladığımız klassik müharibə olmayacaq, çünki bu, Amerikaya seçki dövründə yollanacaq əsgər və zabit tabutları demək olardı. Düşünmürük ki, Donald Tramp bu məqamın kursunda deyil. Yox, ABŞ prezidenti demokratik ölkələrin ən zəif cəhətini çox yaxşı bilir – tabutlar işləri korlaya bilər, xüsusən də seçki dövründə...

Həm də bir incə məsələ var. Tramp Con Boltonu niyə istefaya göndərdi? Axı o, İrana qarşı sərt siyasətin tərəfdarı idi! Axı Boltonun istefasından heç bir il vaxt keçməyib! Doğrudanmı Tramp Yaxın Şərq məsələlərilə bağlı öz fikrini dəyişib?

Güman etmirik. Əlbəttə, ABŞ-ın Yaxın Şərq bölgəsində əsas müttəfiqi, daha doğrusu, onun 51-ci ştatı adlandırılan İsrail çox istərdi ki, Vaşinqton bu müharibəni başlasın, amma İsrail nə qədər yaxın olsa da, hər halda, ABŞ demək deyil və müharibəni başlamaq məsələsini üçüncü bir ölkə yox, ABŞ özü həll edəcək.

Ona görə də ümumi qeyri-müəyyən bir fonda, qlobal bir “duman”ın içində ayrı-ayrı lokal məkanlarla bağlı proqnoz vermək olmur: hər şey düşünüləndən daha qəlzidir...

Bizi burada narahat edən, qayğılandıran bir başqa məsələdir. Rusiya çoxdandır ki, Vaşinqtonun Yaxın Şərqdə və ərəb dünyasında ayağının altını qazmaqla məşğuldur. Öz işidir, özü bilər, amma Moskva bu oyuna Ankaranı da qatır. Türkiyənin Suriya məsələsinə baş qatmasını anladıq – həmsərhəd ölkədir və buradan Türkiyə üçün həqiqətən də təhdid var. Di gəl, Ankarının uzaq Liviyadakı proseslərə qatılmasının səbəbi heç bir halda anlaşılmır: buna nə ehtiyac var?..

Beləliklə, il gərgin olmağı vəd edir. Əvvəl görək, Tramp növbəti dəfə prezident ola bilirmi?

Oxşar qayğıları ruslar da yaşayır, baxmayaraq ki, bu ölkədə prezident seçkisi hələ dörd ildən sonra olacaq, amma artıq indidən ruslar çox ciddi təlaş içindədirlər: Putindən sonra nə olacaq, necə olacaq?..

Trampa gəldikdə, onun ölkəsi illik göstəricilərlə liderlik etməkdədir: bu il üçün hərbi büdcə 782 milyard dollar olacaq. Bu isə Rusiyanın total büdcəsindən azı iki dəfə çoxdur, hətta bir az da artıqdır. Belə bir fərq heç şübhəsiz, onları yanaşı qoymağa, müqayisə etməyə imkan vemir. Amma bir nüans var burada: Rusiya nüvə başlıqlarının sayına görə dünyada ya ikinci, ya da üçüncü ölkədir.

Bu məsələnin bir tərəfi. İkincisi, çox böyük hərbi büdcə hələ ən güclü ordu demək deyil. Demokratik ölkələrdə hərbi xərclər həmişə böyük olur, çünki hərbiçilərin saxlanma xərcləri çox böyük olur. Xüsusən də bir detalı unutmaq lazım deyil: ABŞ ordusu peşəkar bir ordudur, burada sıravi əsgərdən tutmuş generala qədər hamı maaş alır. Burada əsgərdən tutmuş generala qədər hamı yüksək diqqət və xidmət tələb edir. Amma Rusiyada vəziyyət necədir? Burada icbari, pulsuz hərbi xidmət nəzərdə tutulur. Əsgər və zabitlərin sosial problemlərinə diqqət yetirilmir, onlar hətta diş pastası və fırçası ilə təmin olunmurlar. Rusiya diqqəti daha çox hərbi texnikaya və silahlanmaya yönəldir. Amma xoşbəxtlikdən, hətta bu sahədə də Rusiya ön cərgə ölkələrindən deyil, çünki müasir texnikanın bir çox sahələrində bu ölkə ənənəvi olaraq axsayıb, indi də axsamaqdadır və dünyanı bu ölkəyə ehtiyatla yanaşmağa vadar edən bir səbəb var: bu da nüvə silahıdır. Moskva onu istehsal etməyi və ən əsası da partlatmağı öyrənib...
Hüseynbala Səlimov //musavat.com//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu