Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Hadise
Oxunub: 642
29 dek 2019 | 16:00
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto


Ölkədə daxili sabitliyin təmin olunması üçün polis orqanlarının yüksək xidmətləri danılmazdır. Təbii ki,hər bir sahədə olduğu kimi bu sahədə də xidməti vəzifəsinə laqeyid yanaşan vəzifə sahibləridə vardır. Hərçənt ki,ölkə rəhbəri tərəfindən aparılan uğurlu islahatlar nəticəsində bir çox harınlamış səlahiyyətli şəxslər üzun illər boyu zəpt etdikləri isti kreslolarından vidalaşmalı olurlar.

Bu cür nümunəvi addımlardan nəticə çıxarmaq əvəzinə öz çirkin niyyətlərindən hələdə əlçəkməyən bir çox məmurlar vardır. Xülasə,bu gün diqqətinizə çatdıracağımız məlumat Suraxanı rayon Polis idarəsinin müstəntiqi Nizami Məhərrəmovun icraatında olduğu cinayət işinin düzgün araşdırılmaması barədə olacaq. "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən Cavadov Hikmət Fikrət oğlu azyaşlı övladı Cavadov Fikrət Hikmət oğlunun avtoqəza zamanı aldığı ağır xəsarətlə bağlı Suraxanı rayon Polis idarəsində aparılan istintaq işindən narazılığını bildirmişdir.

Belə ki,19.11.2018-ci il tarixdə təxminən 15:24 iradələrində vaz 2107 90 BJ 231 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə dönərək yolun ehtiyat hissəsində olan 10 yaşlı F.Cavadovu vurmuşdur. Qəza törədən Abdullayev Abdulla Zakir oğlu və yanında olan Rəşad adlı şəxs hadisədən sonra həmin ərazini tərk ediblər. Ətrafda olan insanların köməyi ilə uşağı ağır vəziyyətdə Sabunçu rayon 3 saylı xəstəxanıya yerləşdiriblər. Həmin zaman xəstəxana dərhal hüquq mühafizə orqanlarına məlumat verməli olduğu halda susmağa üstünlük verib.

Təbii ki,xəstəxana susmaqda dövlətin qanunlarını kobud şəkildə pozub və şəxsi maraqlarını dövlətin qanunundan daha üstun hesab edib. Bu cür cinayət hadisəsini ört-bastır edən xəstəxana bir başa ölkə başçısına xəyanət eymiş hesab olunur. Görünür ki, 3 saylı Sabunçu xəstəxanasının baş həkimi, o qədər yaşlanıb ki,xalqın və dövlətin maraqlarını deyil öz şəxsi maraqlarını üstün tutur. Hesab edirik ki,bu cür cinayəti ört-bastır edən xəstəxananın baş həkimi və həmin gün növbədə olan işçi personajını ən ağır cəzaya məhkum etmək lazimdir.

Bu məsələnin bir tərəfi keçək məsələnin digər hissəsinə. Hadisədən 6 ay sonra Suraxanı rayon polis idarəsində 263.1.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırması başlayar-başlamaz adət-ənənələrinə sadiq qalaraq "dayday" və şəxsi maraqlar hesabına işin gedişatı dəyişir. Belə ki,müstəntiq Nizami Məhərrəmov hadisə törədən səxs A.Abdullayevin əməlini ehtiyatsızlıqdan baş vermiş hadisə kimi qeydə alıb,cinayət törədənin xeyrinə sonunclandırmağa çalışıb. Hər zaman olduğu kimi bu dəfədə maddi maraqlar qanunun tələblərini pozmağa məcbur edir.

Zərər çəkən H.Cavadovun sözlərinə görə müstəntiq N.Məhərrəmov istintaq zamanı hadisə törədən şəxslərdən müəyyən maddi maraqlar əldə etdiyi üçün,işi onların xeyrinə doğru aparmışdır.Hadisə zamanı qəza törədən A.Abdullayevin yanında Rəşad adlı şəxs nədənsə istintaq cəlb olunmayıb. Nədənini axtarmağa ehtiyac yoxdur. Zərərçəkmiş H.Cavadov bildirir ki,Rəşadın atası keçmiş polis işçisi olub və elə bu səbəbdəndə müstəntiqlə hər bir tərəfdən anlaşma əldə edtiyi üçün həm işi yüngülləşdirici hal kimi qeydə aldırmağı bacarır və eyni zamandada oğlu Rəşadı istintaqın gedişatından kənarda saxlamağa nail olur.

Diqqətinizə çatdıraq ki,A.Abdullayev qəza törətdiyi avtomobilə dair heç bir sənədləri olmamışdır. Hətta bildirilir ki,həmin avtomobilin sahibi Qabil adlı şəxs ovtomobilini yuduzdurmaq üçün yuyucu məntəqəsinə buraxıb. Yuma məntəqəsində çalışan A,Abdullayev və dostu Rəşad, avtomobilin sahibi olmadığından sui istifadə edərək qanunsuz olaraq avtomobili qaçırıblar. Bir qədər sürdükdən sonra yüksək sürətlə gələrək Zülal Tağıyev küçəsində azyaşlı F,Cavadovu burmuşdur. Üst-üstə cinayət törədən şəxs hadisə yerindəndə yayınmağı bacarmışdır. Dəyərli oxucular bu qədər cinayəti törədən şəxsə müstəntiq N.Məhərrəmov güzəşt etməsi sizcə nəyin hesabınadır?

Hadisə ilə bağlı 24.12.2019-cu ildə Suraxanı məhkəməsi tərəfindən çıxarılan qərar zərər çəkmiş H.Cavadovun narazılığına səbəb olmuşdur. Amma,hakim bu etiraza baxmayaraq yuxarıda qeyd etdiyimiz bir çox cinayət hadisəsini torədən A.Abdullayevə 1 il 7 ay əmək islah işləri üzrə cəza çəkmə qərarı vermişdir. Körpə azyaşlı uşağın gələcəyini məhv edən səxsə bu cür ədalətsiz qərar vermək həqiqətəndə bağışlanılmazdır. Halbu ki,deyilənə görə bu cür cinayəti törədən A.Abdullayev məhkəmədə etdiyi əməldən peşiman olmadığını bildirmişdir.

Düşünürük ki,növbəti məhkəmə instansiyası yerli məhkəmənin verdiyi ədalətsiz qərarı ləğv edər və işi yenidən istintaqa qaytarar.

"DogruXeber.az"



Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Suraxanı rayonunda cinayət işinin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib