Qarabağ üçün 2020 planı - TƏHLİL
Hadise
Oxunub: 352
24 dek 2019 | 21:55
Qarabağ üçün 2020 planı - TƏHLİL


“Mən 2020-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan ciddi heç nə gözləmirəm. Mövcud status-kvo Azərbaycandan başqa hamıya sərf edir”.

Bu fikirləri “Yeni Müsavat”a siyasi şərhçi Əhəd Məmmədli gələn il Qarabağ probleminin həlli istiqamətində gözləntilərindən danışarkən bildirdi. Onun sözlərinə görə, Azərbaycan atəşkəs dövrü ərzində hansısa irəliləyiş əldə edibsə, bu da hərbi əməliyyatlar hesabına olub: “İstərsə, aprel döyüşləri, istərsə Naxçıvan və Qazax əməliyyatları olsun, bu savaşlar sübut edib ki, yeganə hərbi yoldur. Azərbaycan antiterror əməliyyatlarına başlamalıdır”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, gələn il danışıqlar beynəlxalq təşkilatların prosesə münasibətindən daha çox asılı olacaq. Onun fikrincə, BMT mandatı ATƏT-in Minsk Qrupuna verib və sonuncu passiv mövqe tutmaqdadır. “Arzu olunandır ki, BMT Minsk Qrupunu fəaliyyətini təftiş etsin və status-kvonun dəyişməməsinin səbəbləri öyrənilsin, dinamizm yolları axtarılsın. Ermənistan kiməsə arxalanaraq danışıqlarda özünü qeyri-konstruktiv aparır”, - deyə Q.Hüseynli vurğuladı.

Onun qənaətincə, gələn il danışıqlarda Rusiya yenə dominantlıq edəcək: “Rusiya 5 rayonun qaytarılmasını, - buna bəzən ”Lavrov planı" deyilir, - həyata keçirmək və bölgəyə öz ordusunu sülhməramlı qüvvələr adı ilə yerləşdirmək səylərini artıracaq. Çox təəssüf ki, həmsədr ölkələrdən ABŞ və Fransa da Rusiyanın danışıqlar prosesində aparıcı olmasına etiraz etmir. Lakin proses 30 ilini başa vurmaqdadır. Konflikt uzun müddətdir tənzimlənə bilməyən böhranlı vəziyyət sırasındadır".

Q.Hüseynlinin sözlərinə görə, məsələ BMT-nin Baş Məclisində və ya Təhlükəsizlik Şurasında müzakirə oluna bilər: “Çatışmayan cəhət Ermənistanın işğalçı olduğunun qeyd edilməməsidir. Biz sübut etməliyik ki, bu prosesdə qəyyumluq edən üçüncü dövlət iştirak edib. Eyni zamanda xristian faktorunu deməkdən çəkinməməliyik. Məqsəd müsəlman dünyasının içində anklav yaradılmasıdır”.

Ekspertin fikrincə, Ermənistanın ucbatından aparılan prosesə danışıq da demək olmur. O, gələn il lokal hərbi əməliyyatları da istisna etmir və Azərbaycanın ordu quruculuğunda maddi-texniki gücünü artırmaqda davam etdirəcəyini düşünür:

“Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır”.

Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev belə deyib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır: “Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın ”mübahisəli ərazilərinə" daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir".

Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunu işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb:

“Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”.

Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu