Qarabağ problemi “ikili standart” siyasətinin girovluğunda - TƏHLİL
Hadise
Oxunub: 371
20 dek 2019 | 23:39
Qarabağ problemi “ikili standart” siyasətinin girovluğunda - TƏHLİL


Azərbaycan-Türkiyə müttəfiqliyi, heç şübhəsiz, Dağlıq Qarabağla bağlı bəzi dairələrin ölkəmizə təslimçi sülhü sırımaq niyyəti önündə ən güclü faktor olaraq qalır. Bu xüsusda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakıya səfəri iki qardaş məmləkət arasında müttəfiqliyin sarsılmaz olduğunun növbəti nümayişinə çevrildi. Qarabağ məsələsində rəsmi Ankaranın qeyd-şərtsiz ölkəmizin yanında olduğu, münaqişənin müstəsna olaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri çərçivəsində həlli vacibliyi bir daha vurğulandı. İşğalçı Ermənistana, erməni lobbisinə aydın mesaj göndərildi.

“Türkiyə Ermənistanın Dağlıq Qarabağı işğalını həmişə rədd edib və rədd edir”. Bunu Mustafa Şentop Bakıda bildirib. M. Şentop deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda Ermənistanın Azərbaycanın torpaqlarında işğalçı olduğunu bəyan edir: “Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, Azərbaycanın torpaq bütövlüyü, suverenliyi çərçivəsində həllinin vacib olduğunu hər zaman bildiririk. Dünyanın bu məsələdə müşahidəçi qalmasını, erməni diasporunun lobbiçilik fəaliyyəti ilə qərarlar qəbul edən Avropa ölkələrinin mövqeyini də təəssüflə qarşılayırıq. Onların çox yaxın zamanda baş vermiş Xocalı soyqırımına səssiz qalmaları, bu soyqırımı unutmuş olmaları çox təəssüf doğurur, qınanmalıdır. Əgər biz dünyada soyqırımlar məsələsində obyektiv, qəti mövqe ortaya qoymasaq, ”ikili standartlar"dan çıxış etsək, dünyada sülhün bərqərar edilməsi mümkün olmaz. Bu baxımdan biz dünya ölkələrinin Dağlıq Qarabağda erməni işğalına diqqətini çəkmək istəyirik. Buna görə də bütün beynəlxalq platformalarda mövqeyimizi ortaya qoyuruq".

*****

Sözsüz ki, belə prinsipial mövqedə olan təkcə qardaş ölkə deyil. Qarabağ məsələsində getdikcə daha çox ölkə gerçəyə uyğun ədalətli və prinsipial mövqe tutmaqdadır. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatına üzv dövlətlərin və hökumət başçılarının Bakıda keçirilmiş zirvə toplantısını yada salmaq yerinə düşər. Həmin toplantıda 120-yə yaxın dövlət (BMT üzvlərinin yarıdan çoxu) ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyannamə qəbul etdi. Ermənistan birmənalı şəkildə işğalçı kimi damğalandı, habelə Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı əlaqənin yolverilməzliyi bəyan edildi.

“Dağlıq Qarabağ coğrafi olaraq, Azərbaycana məxsusdur”. “Yeni Müsavat”ın “Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan üzvü Nikola Lobel deyib.

Onun sözlərinə görə, mövcud status-kvonun saxlanması məqbul sayıla bilməz. “Dağlıq Qarabağ coğrafi olaraq, Azərbaycana məxsusdur. O, Azərbaycanın tərkib hissəsidir. Ona görə də biz Bundestaqda Nikol Paşinyanın ”Qarabağ - Ermənistandır" bəyanatının əleyhinə çıxış edirik. Belə bəyanat yanlışdır və bu yanlışlıq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələri ilə də təsdiq olunur", - deyə o, qeyd edib.

Alman siyasətçi çoxillik konfliktin dinc həllinə tərəfdar olduqlarını söyləyib: “Bütün tərəflər bu münaqişənin həllinə töhfə verməyə hazır olmalıdır. Biz - Almaniya da öz töhfəmizi verməyə hazırıq. Ancaq bu da aydın olmalıdır ki, Dağlıq Qarabağ coğrafi hüquq baxımından Azərbaycana məxsusdur”.

Bakı ilə Berlin arasında münasibətlərdən danışan Bundestaq üzvü deyib ki, Azərbaycan sürətlə dəyişir. “Ölkə dinamik şəkildə tərəqqi edir və iqtisadi, mədəni yüksəliş yaşayır. Almaniya da bu inkişaf prosesində iştirak etmək istəyir. Ona görə də şəxsən mən iki dəfə Azərbaycanda olmuşam, çoxsaylı görüşlər keçirmişəm və ölkəni inkişaf etdirmək əzminin nə dərəcədə ciddi olduğuna şəxsən əmin olmuşam. Ölkənin və bütün regionun inkişafına kömək məsələsində Almaniya həlledici rol oynayır. Və mən görürəm ki, Bakının bizim strateji əməkdaşlığımızda marağı və böyük siyasi iradəsi var”, - deyə sonda o əlavə edib.

*****

Azərbaycan sözsüz ki, birinci növbədə həlli müşkülə düşən Dağlıq Qarabağ ixtilafına görə özünün iqtisadi inkişafı və hərbi potensialını daim diqqətdə saxlayacaq. Bundan ötrü xüsusən də böyük dövlətlərlə əməkdaşlığı daha da genişləndirəcək. Problemin dinc vasitələrlə həlli naminə danışıqları davam etdirməklə yanaşı, güc variantını da həmişə əlinin altında saxlayacaq. Əfsus ki, sülh yolu ən əvvəl böyük güclərin məsələyə “ikili standart” yanaşması üzündən illərdir heç bir nəticə vermir.

Bu mənada Türkiyə parlamentinin spikeri Şentopun aşağıdakı fikri də yetərincə aktualdır. Sitat: “”Soyuq müharibə" və onun nəticəsində ortaya çıxan təsisatların insanların rifahına xidmət etmədiyi üzə çıxıb. BMT Təhlükəsizlik Şurası kimi qurumlar hakim dövlətlərin mənafelərinə xidmət edən, “ikili standart”lardan çıxış edən, regional problemlərə region xalqlarının gözü ilə baxa bilməyən quruma çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsində qeyd edildiyi kimi, insan amilini kənara qoyan baxışlar problemlərimizi həll etməyəcək. Problemləri yerli və regional baxışlara əsasən həll etməyimiz bir məcburiyyət halına gəlib. Dünya artıq köhnə dünya deyil".

Aydın məsələdir ki, dünyada mövcud olan etnik-ərazi münaqişələrinin, o cümlədən Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından doğan Qarabağ probleminin həll edilməməsinin başlıca səbəbi BMT-nin bu məsələlərlə bağlı qəbul elədiyi qərar və qətnamələrin əksərən kağız üzərində qalması ilə bağlıdır. Təxminən 27 il öncə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edib - 822, 853, 874 və 884 saylı. Onların hamısında erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çəkilməsi tələb olunur. Lakin bu tələbə BMT üzvü olan Ermənistan tərəfindən indiyədək əməl edilməyib. Çünki təcavüzkar ölkə hələ də həmin sənədlərə görə heç bir təzyiqlə, sanksiya ilə üzləşməyib. Əksinə, əksər hallarda biz işğalçı ölkəyə və separatçı rejimə himayənin, maliyyə dəstəyinin şahidi olmuşuq.

Ən maraqlısı da odur ki, ATƏT-in Minsk Qrupunun hər üç həmsədri - Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Qarabağ qətnamələrinə səs verib. Lakin əməldə öz iradələrini ortaya qoyub işğalçını öz adı ilə çağırmaq istəmirlər. Üstəgəl, gizli xristian təəssübkeşliyi.

“İkili standart” yanaşması da elə budur. Bu siyasət 2019-cu ildə də dəyişməz qaldı. Beləcə, Qarabağ probleminin dinc həll perspektivi illərdir “ikili standart” siyasətinin girovluğunda qalmaqdadır...

*****

Yaranmış vəziyyətdə dinc nizamlama, faktiki, əlçatmaz olub. Müharibə riski xeyli artıb. Azərbaycan təbii ki, öz torpaqlarının azad edilməsi üçün bütün vasitələrə, o cümlədən silaha əl atmaq ixtiyarını özündə saxlayır. Hər halda, savaş haqqımızı heç kim əlimizdən almayıb. Bu haqqı isə Azərbaycana ən əvvəl elə BMT-nin Dağlıq Qarabağa dair 4 qətnaməsi və nizamnaməsi (51-ci bənd) verir.

“Ermənistanda baş alıb gedən millətçilik dalğasında Paşinyan imkan verməz ki, Qarabağ məsələsində hansısa bir dəyişiklik olsun. Adicə əsirlikdə olan girovlarımızı azad etmirlər. Yəni erməni baş nazir heç bir güzəştə getmək fikrində deyil. Artıq 30 ildən sonra hamı başa düşür ki, indiki Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil. Əgər bu belədirsə, danışıqlar mənasını itirir”. Bu fikri sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a açıqlamasında deyib.

Onunla razılaşmamaq çətindir. Fakt budur ki, sülh nizamlanması üçün hər itirilən il Azərbaycanın Vətən müharibəsini yaxınlaşdırır. Konfliktin hərbi yol yolunu isə hər şeydən öncə vasitəçi dövlətlərin “ikili standart” siyasəti zəruri edir. Əfsus ki, başa çatan ildə də bu siyasətdən imtina edilmədi. Şübhəsiz ki, növbəti ildə də Ermənistana işğalçı kimi münasibət göstərilməyəcəksə, sülh danışıqları aparmağın heç bir anlamı qalmayacaq və Minsk Qrupu tarixin arxivinə getməli olacaq...
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu