"Oğlum əfvə düşmür" deyirlər: Niyə? - Müraciət...
Hadise
Oxunub: 467
20 dek 2019 | 19:22
"Oğlum əfvə düşmür" deyirlər: Niyə? - Müraciət...


Füzuli rayonunun Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ müharibəsi veteranı ailəsi , məhbus anası Baxşıyeva Diləfruz Bayram qızının Prezident İlham Əliyevə və 1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya etdiyi müraciətini DİA.AZ olaraq oxuculara təqdim edirik :

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya

Bakı şəhəri, Suraxanı rayonu, AB massivi, 80 saylı yataqxanada məskunlaşmış Füzuli rayonunun Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ müharibəsi veteranı ailəsi Baxşıyeva Diləfruz Bayram qızı tərəfindən

ƏRİZƏ

Cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident!

Sizə mətbuat yolu ilə müraciət etməkdə məqsədim 1997-ci il doğumlu oğlum Kərimov Elməddin Mehdi oğlunun 2013-cü ildə -16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə 4 il sonra 2017-ci ildə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 150.2.3 maddəsi ilə 5 il həbs cəzasına məhkum edilməsinə və hətta əfv olunmasının da mümkünsüzlüyünə diqqətinizi cəlb edib, oğlumun əfv olunmasını diləməkdir. 16 yaşlı məktəbli oğlumun “təqsiri” odur ki, 15 yaşlı məktəb yoldaşı qızın “aşkar surətdə yetkinlik yaşına çatmadığını bilərək ona qarşı seksual xarakterli əxlaqsızlıq edib” !? Birincisi, bu sevənlərin hər ikisi yetkinlik yaşına çatmayıb və aralarında yalnız sevgi mesajlaşması olub. İkincisi , Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qızı 5 dəfə (!) müayinə edib və hamısında bakirəliyin pozulmadığı haqqında rəy verib! Lakin qarşı tərəfin şərləməsi ekspert rəyindən də üstün tutulub və heç bir sübut, fakt, şahid ifadələri olmadan ana-balanın şər-böhtan izahatları əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən (hakim Əlisultan Osmanov ) oğlumu 19.05.2017 tarixli 1 (101)-62 saylı hökmlə CM-in 150.2.3 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edib . Bakı Apellyasiya Məhkəməsinin 24.07.2017 tarixli hökmü və Ali Məhkəmənin 16.01.2018 tarixli qərarı ilə aşağı instansiyanın hökmü dəyişdirilmədən saxlanılıb. Beləliklə, oğlum Kərimov Elməddin Mehdi oğlu sübut olmadan, saxta ittihamla 2 il 7 aydır məhbəsdə cəza çəkir. Hətta 6 saylı cəzaçəkmə müəssisəsində də şər -böhtançılar oğlumu hədələyir, təhdid edirlər. Artıq intihar həddindəyəm. Oğlumun işinə yenidən ədalətlə baxılmasını və qərəzli hökm çıxaran hakimlərin cəzalandırılmasını tələb etsəm də, nə prokurorluq protest verir , nə də min manat qarşılığında tutduğumuz vəkil Adəm Məmmədov müvəkkilinin hüquqlarını qorumaq üçün addım atır.

Cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident!

Sizin mərhəmətinizə , humanistliyinizə ümid edirəm. Əfv etmək Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Prezident yanında əfv məsələləri komissiyasının katibi isə oğlumun cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsinə yazıb ki , oğlum əfvə düşmür. Niyə? Bəyəm əfv amnistiya aktıdır ki, maddə ilə, yaxud cəzanın üçdən ikisini çəkmək şərti ilə verilsin? Mənim oğluma 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə saxta ittihamla ən yuxarı həddə cəza verilib , bu cəzanın yarıdan çoxunu çəkib və 7 il qabaqkı “ilk məhəbbət mesajlaşması”na görə dərin peşimançılıq keçirir. Sizdən intiharın bir addımlığında olan ana kimi oğlum Kərimov Elməddin Mehdi oğlunun işinə yenidən baxılmasını təmin etməyinizi ya da əfv olunmasını xahiş edirəm.

Hörmətlə, məcburi köçkün, Qarabağ müharibəsi veteranı ailəsi Diləfruz Baxşıyeva
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu