ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq etdi – Saziş ertələnir
Hadise
Oxunub: 367
4 dek 2019 | 22:51
ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq etdi – Saziş ertələnir


Rəsmi Vaşinqton uyğur türklərinə qarşı həyata keçirdiyi repressiyalara görə Çinə sanksiyalar tətbiq etmək istəyir.

Bu barədə ABŞ prezidenti Donald Tramp NATO-nun Londonda keçirilən sammiti çərçivəsində açıqlama verib. Bununla bağlı məlumatda bildirilir ki, ABŞ konresmenləri hökuməti “Qlobal Maqnitski Qanunu”nun tərkib hissəsi olaraq, Sinzyan Uyğur Muxtar Bölgəsindəki yaranmış vəziyyətlə əlaqədar Çin hakimiyyətinə qarşı sanksiyalara baxmağa məcbur edir. Konqresmenlər Çinin şimal-qərbindəki Uyğur Muxtar Vilayətində insan hüquqlarının pozulmasına diqqət çəkir. Sənəd həmçinin, ABŞ hökumətini muxtar bölgədə yerləşən ÇXR orqanlarının nümayəndələrinə Amerika mal və xidmətlərinin ixracına mümkün qadağanı nəzərdən keçirməyi nəzərdə tutur. Bundan əlavə, sənəddə Çin Xalq Respublikasının sədri Si Tszinpinə ünvanlanmış müraciət də yer alıb. Ondan hüquq müdafiəçilərinin məlumatına görə, bir milyona yaxın uyğurun saxlandığı islah düşərgələrinin bağlanması xahiş olunur. Qanun layihəsi bu ilin sentyabr ayında Senat tərəfindən təsdiqlənib. İndi sənəd imzalanmaq üçün prezident Donald Trampa göndərilib. Ağ Evin rəhbərinin bu qanunu imzalayacağı istisna edilmir.

ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq etdi – Saziş ertələnir


Düzdür, ABŞ prezidenti daha əvvəl Pekinlə saziş bağlamaq üçün vaxtının olmadığını və razılaşmanın gözlənildiyi kimi bu ilin dekabrında deyil, 2020 seçkilərindən sonra bağlanmasının mümkün olduğunu bildirmişdi. Trampın fikrincə, uyğurlarla bağlı qanun layihəsi Çinlə ticarət sazişini dərhal durdura bilər. “Ancaq indi razılaşmaq istəyirlər və bunun doğru olub-olmadığını görəcəyik”-ABŞ prezidenti Londonda belə deyib. Qanun layihəsinin qəbul olunacağı təqdirdə, danışıqların təkərinə çubuq qoyulacaq. Pekin artıq bu mövzuda açıqlama verərək sənədi Çinə zərərli bir hücum adlandırıb və ABŞ-ı qanun layihəsinin qarşısını almağa çağırıb. “Reuters”in ticarət danışıqlarında Çinin mövqeyi ilə tanış olan rəsmilərdən əldə etdiyi məlumata görə, “Uyğur qanunu” ÇXR ilə ABŞ arasındakı müqavilə üçün real təhlükə yaradır. Agentliyə açıqlama verən analitiklərin fikrincə, Çinin həmin sənədə reaksiyası, Trampın bu yaxınlarda imzaladığı Honq Konq qanunundan daha kəskin ola bilər. Pekin “ABŞ-ın hegemon təbiətini” qeyd edərək sənədi “Amerikanın sui-qəsdi” adlandırıb. /Cebhe.info/
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu