Erməni terrorçuların əsas hədəfi Suriyadakı böhranın daha da dərinləşməsidir
Hadise
Oxunub: 397
30 noy 2019 | 14:16
Erməni terrorçuların əsas hədəfi Suriyadakı böhranın daha da dərinləşməsidir


Erməni terrorizmi haqqında çox deyilib və yazılıb. Artıq terror bu xalqın qanına hopub və özlərini bundan kənar hesab edə bilmirlər. Erməni terrorunun tarixinə nəzər salsaq görərik ki, onların əsas fəaliyyəti Türklərə və müsəlmanlara qarşı olub. Son bir neçə yüz ildə milyonlarla Türk və müsəlman erməni terrorunun qurbanı olub. Erməni terroru bu gün də davam etməkdədir. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanan bir şəbəkə olmaqla, beynəlxalq terrorçululuğun ən geniş qanadlarından hesab edilir.
Osmanlı İmperiyası dövründən etibarən yaranan erməni terrorizminin inkişafında əsasən Suriya və Livanda, o cümlədən ABŞ-da yaşayan erməni tacirlərinin yardımları və xarici kapitalın axını mühüm rol oynayıb. Yüz illər boyu türk dünyasına qarşı terror aktları törədən təşkilatlar, SSRİ-nin süqutundan sonra, yəni 90-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri tərəfindən açıq şəkildə təkrar dəstəklənməyə başlandı. Ermənistanda “Daşnaksütun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə geniş miqyaslı kampaniyaya başladılar, onlara yaşayış yeri və sığınacaq verdilər, fəaliyyətləri üçün şərait yaratdılar və müvafiq maliyyə dəstəyi göstərdilər. Qısa müddət sonra bu təşkilatların qonşu ölkə ərazilərində, xüsusilə Türkiyə və Azərbaycanda terrorçuluq fəaliyyətləri bərpa edildi. Bununla faktları sadalayıb vaxt almaq istəməzdim. Əsas məqsəd bu erməni terrorçuların Yaxın Şərdə, xüsusən də Suriyadakı fəaliyyətidir. Bu gün dünya birliyi Suriyada terrorizmə qarşı mübarizə apardığı bir məqamda ermənilər oradakı terrorçularla bir sırada yer alıb. Hazırda erməni terrorçuları PKK/YPG terrorçuları ilə bir sırada döyüşürlər. Bu artıq sirr deyil. Bunu artıq erməni terrorçuları özləri etiraf edir.

Belə ki, bu ilin aprel ayının 24-də YPG/PYD terror təşkilatı Türkiyəyə qarşı vuruşmaq üçün Suriya və Livan kimi ölkələrdə yaşayan ermənilərdən ibarət yeni silahlı dəstə yaradıb və həmin gündən etibarən fəaliyyətə başlayıb. Suriyanın Hasaka bölgəsində Şimali və Şərqi Suriya ermənilərindən ibarət yeni terror qruplaşmasına Suriyada öldürülən PKK terror dəstəsinin üzvünün adı verilib və dəstə “Nubar Ozanyan (Orhan Bakırçıyan) Taboru” adlandırılıb.
Bundan əlavə olaarq Suriyada PKK/YPG terror təşkilatına tabe olan, ermənilərdən ibarət yeni və daha çoxsaylı terror qrupları yaradılıb, onların tərkibinə Ermənistandan Suriyaya gedən ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qrupları da qoşulub. PKK-nın tərkibində qurulan yeni erməni qruplaşması təşkilatının Suriya qolu olan YPG-nin tabeçiliyinə verilib.

“Amerikanın Səsi”nə verdikləri müsahibədə əvvəllər İŞİD-ə qarşı vuruşduqlarını, indi isə türk qoşunlarına qarşı vuruşacaqlarını bildiriblər. “Biz Türkiyədən xalqımızı öldürmək üçün gələn əsgərlərə qarşı mübarizə aparırıq. Biz onları silahla, qanımızla qarşılamalıyıq, çünki onlar bir vaxtlar Türkiyədə olan erməniləri öldürüblər, amma indi bütün xalqlara qarşı çıxırlar. Biz bu torpaqda yaşayan xalqımızı silah və qanla qorumalıyıq”- deyə erməni batalyonunun üzvü Avo Ozanyan bildirib. “Əvvəl silahlarımız yox idi deyə döyüşə bilmirdik, amma indi hazırıq və bütün gücümüzlə vuruşacağıq”-deyə o vurğulayıb.
Bunların əsas hədəfi Suriyada hansıa sabitliyin yaranması məqsədi ilə beynəlxalq antiterror koalisiyasına dəstək verib, ölkədə sabitliyin və sülhün bərqərar olmasına deyil, əksinə Suriyanın”münaqişə bataqlığına” çevrilməsidir. Ona görə də erməni terrorçuları Suriyanın ərazi bütövlüyünə, sülhə və sabitliyə əsas təhdid olan YPG terrorçu təşkilatına qoşularaq, onların sırasında döyüşürlər.
Ermənilərin YPG terror təşkilatında döyüşməsinin digər bir səbəbi də Türkiyəyə qarşı olan məkrli planlarını həyata keçirməkdir. Belə ki, Türkiyə ərazisində separatizm toxumları yaymaqla, ölkədə siyasi sabitliyi pozmağa nail olmaqdır. Biz zaman-zaman bunun şahidi olmuşuq.
Erməni terrorçuları digər tərəfdən Türkiyə Silahlı Qüvvələrinin Suriyada sabitliyi bərpa etmək və ölkənin ərazi bütövlüyünü istiqamətində həyata keçirdiyi hərbi əməliyyatları pozmaq və münaqişənin uzanmasına çalışırlar. Bu planlarını reallaşdırmaq üçünsə ən çirkin niyyətlərini həyata keçirməkdən çəkinmirlər. Erməni terrorçuları ən müxtəlif təxribat vasitələrində istifadə etməklə buna nail olmaq istəyirlər.

Burada bir məqamı da qeyd etmək lazımdır ki, erməni terrorçularının bu fəaliyyəti Ermənistan dövləti və erməni lobbisi tərəfindən tərəfindən də himayə olunur və onlara hərtərəfli dəstək verilir. Nəticə etibarı ilə Ermənistan məqsəd və fəaliyyət istiqamətindən asılı olmayaraq, Türkiyə və Azərbaycana qarşı mübarizə aparan istənilən qüvvə ilə əməkdaşlıq etməyə, onu himayə etməyə, yerləşdirməyə, silahlandırmağa və təchiz etməyə hazır olduğunu nümayiş etdirir. Bu tip faktlarla bəşəriyyət, xüsusilə də türk dünyası artıq 135 ildir ki, davamlı olaraq rastlaşır.

Dünyada indiyə qədər bir çox təşkilatların adı terrorçuluqla bərabər səsləndirilib. Lakin ermənilərdən başqa heç bir millətin adı, rəsmi səviyyədə terrorizm ilə birgə vahidlik təşkil etməyib. “Erməni terrorizmi” termini ilk dəfə rəsmi səviyyədə 1982-ci ilin avqust ayında ABŞ-da nəşr olunan Dövlət Departamentinin aylıq bülletenində istifadə edilib. Məhz bu hesabatdan sonra bu ifadə termin kimi qəbul edildi və bu günə qədər də aktuallığını tam qoruyur.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu