ABŞ-dakı toplantıda Türkiyənin terrorla mübarizəsinə dəstək
Hadise
Oxunub: 457
22 noy 2019 | 14:28
ABŞ-dakı toplantıda Türkiyənin terrorla mübarizəsinə dəstək


“Türkiyə öz sərhədlərini bütün terror təşkilatlarından qorumaq hüququna malikdir, istər İŞİD, istərsə də YPG/PKK olsun, heç fərq etməz”.
Bunu Azad Suriyalı Kürdlər Birliyinin sədri Əbdüləziz Tammo Vaşinqtonda yerləşən Türk Miras Fondu (THO) tərəfindən təşkil edilən “Suriyanın Gələcəyi və Geosiyasi Gerçəklər” mövzusundakı paneldə etdiyi çıxışında deyib.

Tammo YPG/PKK-nın da İŞİD kimi suriyalı kürdlərə təhdid yaratdığını söyləyib: "Türkiyənin suriyalı kürdlərə qarşı etnik təmizləmə həyata keçirdiyinə dair iddialara şahid oluruq. Bu sahəni bilən hər kəs bunun həqiqətlə heç bir əlaqəsi olmadığını bilir”.

Tammo Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın keçirdiyi əməliyyatları müqayisə edib:

“Bunlar arasında ciddi fərqlər var. Türkiyə keçirdiyi əməliyyatlarda dinc sakinlər arasında itki olmaması üçün maksimum dərəcədə ehtiyatlı davrandığı halda, məsələn Rakka əməliyyatında şəhər tamamilə dağıdılmışdı”.
“Suriyanın şimalındakı bu bölgə artıq terrordan tamamilə təmizlənməli və Türkiyədə yaşayan suriyalı qaçqınların böyük bir hissəsi bura qayıtmalıdir”, - deyə bildirən Tammo Türkiyənin “təhlükəsizlik zonalarını” beynəlxalq aləmin də dəstəyi ilə yenidən abadlaşdıra biləcəyini dilə gətirib.

İdlibdəki vəziyyəti də şərh edən Tammo əyalətdə siyasi həllin mümkün olduğunu, ancaq bunun üçün ABŞ-ın da Türkiyə ilə əməkdaşlıq etməsinin vacibliyinə toxunub: “İdlib ələ keçirilərsə, orada ortaya çıxacaq vəziyyət ən çox Türkiyənin milli təhlükəsizliyini təhdid edər. Buna görə də Türkiyənin bu mövzudakı davranışı qanunidir.”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu