“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib... - Əzimin ailəsi şikayətçidir
Hadise
Oxunub: 795
16 noy 2019 | 17:22
“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib... - Əzimin ailəsi şikayətçidir

Gəncədə bu ilin oktyabr ayında ailələr arasında baş verən kütləvi dava 17 yaşlı gəncin ölümü ilə nəticələnib. Həmin insident zamanı vəfat edən Əzim Verdiyevin yaxınları istintaqın gedişatından narazıdırlar. Ə.Verdiyevin xalası Şəfəq Namazova “Qafqazinfo”ya müraciət edərək deyib ki, hadisə oktyabrın 22-də Gəncədə “Xan arxı” deyilən ərazidə baş verib.

Ş.Namazovanın sözlərinə görə, Ə.Verdiyev peşə məktəbində bərbər peşəsi üzrə təhsil alıb və atası Elşadın yanında bərbər işləyib. Hadisə günü atası ilə işdən çıxıb evlərinə gedərkən Əzimi dostu Azər Qurbanov zəng edərək “məni təkləyib döyürlər, tez gəl” deyib. O da idman çantasını atasına verərək həmin yerə gedib. Əzim Verdiyev idmanla məşğul olub, bir neçə dəfə turnirlərdə çempion olub. 17 yaşlı Əlimurad Həsənov da Əzimlə birgə bərbərxanada işləyirmiş. O da Əzimlə Anarın yanına gedib. Həmin yerə çatanda görüb ki, 15 yaşlı Elgün M. onun atası Rövşən, əmisi Heydər, Heydərin oğlu Sərdar və bibisi oğlanları orada Azərlə mübahisə edirlər. Səbəb də budur ki, Azər Elgünün bibisi oğlu Xəyala deyib ki, “mənə niyə çəp baxırsan?”, o da cavabında “yaxşı edirəm, mənim baxışım belədir” deyib. Buna görə mübahisələri düşüb. Xəyalgil Salyanda yaşayır, Gəncədə bu söhbətə görə gəliblər.

Əzim onları aralaşdırıb və sakitləşdirərək kənara aparıb. Elgünlə Azər 38 saylı məktəbdə oxuyurlar. Gəzə-gəzə həmin məktəbin yanına gediblər, orada Sərdar cibindən bıçaq çıxarıb. Atası Heydər bıçağı onun əlindən alaraq kənara atıb. Orada qohumlar yenə Azəri döyməyə başlayıblar, Əzim onu digərlərinin əlindən alıb, Azər qaçaraq uzaqlaşıb. “Xan arxı” deyilən yerdə Elgünün atası Rövşən Azəri tutaraq döyüb, başına stol-stul çırpıb. Azər dözməyib yaxınlıqdakı kafeyə girib bıçaq götürərək çıxıb və qışqıraraq “məni niyə öldürürsünüz? Sizin hamınızı vuracam” deyib. Əzim bıçağı onun əlindən alaraq kənara tullayıb. Bu zaman kütləvi dava başlayıb və onlar 7 nəfər kişi Əzim, Əlimurad və Azəri döyməyə başlayıblar.

Həbs olunan 15 yaşlı Elgün M.

“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib... - Əzimin ailəsi şikayətçidir


Ş.Namazova hadisə zamanı xəsarət alan Əlimurad Həsənovun sözlərini təkrarlayıb: “Əlimurad dedi ki, “bir də gördüm hamı qaçdı, Əzim yerdə idi. Sərdar da onun üstündə durub sinəsinə yumruq vururdu. Qaçıb onu itələdim, Əzim ayağa durdu, əlini sinəsinə tutub, başı aşağı “kurtka”sını götürməyə getdi. Bu vaxt Heydər onun üstünə cumub vurmaq istəyəndə Əzim dizləri üstdə yerə yıxıldı, mən qaçıb onu tutdum. Bu vaxt kimsə məni arxadan kürəyimdən vurdu. Orada olan adamlara, taskilərə nə qədər yalvardımsa, heç biri Əzimi maşına götürüb xəstəxanaya aparmadı. Əzim yerdə uzanılı qaldı, o mənə “Əlimurad, əlimi buraxma, qoyma ölüm” dedi.

Ş.Namazova əlavə edib ki, 17 yaşlı Əzim xəstəxanaya aparılarkən yolda ölüb: “Heydər maşını ilə orada olub, öz qohumlarını maşına yığaraq getmək istəyiblər. Əzimin qan içində olduğunu görəndən sonra qohumlarını düşürdüb, Əzimi götürərək xəstəxanaya aparıblar. Amma bunu vaxtında yox, çox gec etdikləri üçün Əzim ölüb”.

Şəfəq Namazova bildirir ki, bu işlə bağlı yalnız Elgün M-in həbs edilməsi ədalətsizlikdir: “Onlar bir dəstə olublar, Əzimi, Əlimuradı, Azəri döyüblər. Prokurorluq bizə video görüntüləri göstərmir. Deyirlər ki, Elgün Əzimi vurandan sonra bıçağı tullayıb, kafedə əlini yuyaraq çıxıb gedib. Bəs onda Əlimuradı kim vurub? Orada olanların hər biri cinayət məsuliyyətinə cəlb edilməlidir. Amma bu gün Rövşən öz kafesində kabab bişirib satır. Camaata da deyir ki, prokuror Elgünün buraxılması üçün pul istədi, verdik, razılığa gəldik. Şayiə yayır ki, Elgünü da buraxdıracaq. Orada olan hər kəsin əməlinə hüquqi qiymət verilməlidir”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu