Bakıda 3 uşaq anasının başını kəsən şəxsə görə dava düşdü – (VİDEO)
Hadise
Oxunub: 470
3 okt 2019 | 13:30
Bakıda 3 uşaq anasının başını kəsən şəxsə görə dava düşdü – (VİDEO)

Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirikən şəxsin məhkəməsi davam etdirilib.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər. Qətlə yetirilən qadının həyat yoldaşı da Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib. “3 uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?”- deyə hüquqi varis bildirib.

Məhkəmə zalında olan mərhumun yaxınları etiraz edərək qışqırmağa başlayıblar. Onlar təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər. Hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb. 30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çətinliklə çıxarılıb.

Onlar etirazlarını məhkəmə binasının qarşısında davam etdiriblər. Onlar prokurorun 20 il cəza tələbini ədalətsiz hesab ediblər. Məhkəmə prosesi mərhumun yaxınları zaldan çıxarıldıqdan sonra davam etdirilib. Hökmə əsasən K.Əhmədova 20 il cəza təyin edilib. Hökmə əsasən K.Əhmədov cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO