“Divar aşdı, az qala uşağın başına uçmuşdu...” - Fotolar+Video
Hadise
Oxunub: 538
28 sen 2019 | 17:50
“Divar aşdı, az qala uşağın başına uçmuşdu...” - Fotolar+Video

Bakıda I Sverdlov döngəsi 6 və Şamil Əzizbəyov 153 küçələrinin bir qrup sakini “Grand Plaza” şirkətindən şikayətçidirlər.

Onlar bununla bağlı “Qafqazinfo”ya müraciət ediblər. Çəkiliş aparmaq üçün sözügedən küçələrdə olduq.

Məlum oldu ki, “Grand Plaza” şirkəti 2018-ci ildə bu ərazini alıb və çoxmərtəbəli yaşayış binası tikəcək. Bir qrup ailə şirkətin onlara təklif etdiyi məbləğlə razılaşaraq köçüb. Qalanları isə şirkətin təklif etdiyi məbləğlə razılaşmır. Hazırda həmin evlərin həyətində dağınıq vəziyyətdə tikililər var.

I Sverdlov döngəsi 6-da yaşayan sakin Tahirə Əliyeva qeyd edib ki, iki ildir belə dağınıq şəraitdə yaşayır: “Körpə nəvələrimiz var. O gün divar aşıb az qala uşağın başına uçmuşdu. Burada insan yaşamaz. Şəhərin mərkəzində, iki il adama bu qədər əziyyət vermək olar?!”.

Sözügedən ünvanın digər sakini Malik Mansurov deyib ki, “Grand Plaza” həyətdə gecə vaxtı gəlib söküntü aparıb: “Evin damlarını dağıdanda nəfəs almaq mümkün deyildi. Bizi adam yerinə qoymadılar. Məqsədyönlü şəkildə birinci damı sökməyə başladılar ki, başqa mənzillərə də ziyan dəysin. Məhkəmədə biz niyə cavabdeh kimi getməliyik ki? Onlar bizim evimizə gəlib giriblər”.Ş. Əzizbəyov küçəsinin sakini Türkan Səmədov bildirib ki, evinin sahəsi 150 kvadratmetrdir: “2018-cı ilin yanvarında şirkətin nümayəndələri gəlib dedilər ki, bu evləri alıblar. Halbuki camaatla razılığa gəlməyiblər. Burada elə adam var idi ki, pula, mənzilini genişləndirməyə ehtiyacı var idi. Ancaq mənim ehtiyacım yoxdur. Təmirli evim var. Şirkət bizi məhkəməyə verdi ki, qalan ailələr evindən çıxmır, çox pul istəyir. Hazırda işə Nəsimi rayon Məhkəməsində baxılır. Onların heç tikintiyə icazə sənədləri də yoxdur”.

Məsələ ilə bağlı “Grand Plaza” şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı Yavər Şahbazov “Qafqazinfo”ya bildirib ki, həmin ünvanda sakinlərə kvadratı 2300 manatdan pul təklif edərək bir neçə sakini köçürüblər: “Qalanlar isə bu məbləğlə razılaşmaq istəmir. Ona görə də söküntünü saxlamışıq. Onlara tikdiyimiz binada ev də təklif edirik.

Kirayəyə köçürürük. Ayda 400-500 manat kirayə üçün pul veririk. 1 ildir söküntünü dayandırmışıq. Həyət-bacanı təmizləmişik. Axı onlara pis şərait yaradılmayıb. Sökülən evin içinin onlara nə aidiyyatı var ki? Söksək, divarları sökərdik. 1 ildir onları narahat etməmişik. Əksinə, köçən sakinlər narazılıq etməlidir ki, onlar 1 ildir ki, kirayələrdə qalıblar. Biz binanı tikib onları evlə təmin edə bilməmişik. 4-5 nəfərə görə camaatın hüquqları pozulur. Qiymətləndirmə şirkəti gəlib onların evinə 1750 manat qiymət qoydu. Biz onlara 2300 manat pul verdik”.

Günel Türksoy

Foto-Video: Pərvin Zeynal
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO