“Quska”ya cəza istənildi, təcili yardım çağırıldı
Hadise
Oxunub: 488
19 sen 2019 | 15:00
“Quska”ya cəza istənildi, təcili yardım çağırıldı

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı “Quska” yerindən replika ataraq etirazını bildirib. İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.

Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev “yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur” deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı “Quska” olmadan keçirilib.

Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.

Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədəmüvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın sadəcə 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər – Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olan Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə isə şərti cəza verilməsi istəyib. Mülki iddiaların təmin olunmasını, dəyən zərərin ödənilməsi üçün H. Abdullayevin əmlaklarının müsadirə olunmasını təklif edib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, proses sentyabr 24-də davam etdiriləcək.
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb