Livanla sərhəddə gərginlik artıb, İsrail 100-dən çox raket atıb – TƏFƏRRÜAT – VİDEO
Hadise
Oxunub: 472
2 sen 2019 | 09:45
Livanla sərhəddə gərginlik artıb, İsrail 100-dən çox raket atıb – TƏFƏRRÜAT – VİDEO

İsrail ordusu Livandan ölkənin şimalına tank əleyhinə raketin atılmasına cavab olaraq qarşı tərəfə 100-dən çox mərmi atıb.

“Report” xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun saytında dərc olunan bəyanatda deyilir.

KİV yazır ki, daha əvvəl “Hizbullah” hərəkatının döyüşçüləri Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub.

Ardınca İsrailin baş naziri Binyamin Netanyahu Livandan açılan atəş nəticəsində ölkəsinin heç bir itki vermədiyini bəyan edib.

“Reuters” yazır ki, son bir həftə ərzində iki ölkə sərhədində artmaqda olan gərginliyin ardından yeni müharibənin başlanması ehtimalı da yüksəlib.

Məsələyə İran, ABŞ və Ərəb Dövlətləri Liqası da münasibət bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, “Hizbullah” hərəkatı tərəfdarları Qüdsün təcavüzkar hərəkətlərinə cavab olaraq, İsrail ərazisində hərbi obyektlər də daxil olmaqla, bir neçə hədəfi atəşə tutublar.

“Hizbullah” cavab zərbəsi endirib”, – deyə IRNA onun sözlərini sitat gətirib.

İran rəsmisi qeyd edib ki, İsrailin hərəkətləri ABŞ-ın bölgədə bədniyyət davranışları ilə eyniyyət təşkil edir.

Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və prezident Donald Trampın köməkçisi Ceyson Qrinblatt sentyabrın 1-i “Twitter”də bəyan edib ki, İsrailin Livan ərazisindən gələn hücumdan müdafiə olunmaq hüququ tam legitimdir.

Onun sözlərinə görə, “Hizbullah” döyüşçülərinin Livandən İsrailə tank əleyhinə raketlə hücumu “İran kuklaları” tərəfindən təşviq edilib. Və buna görə İsrailin müdafiə olunmaq haqqı var. Qrinblattın sözlərinə görə, İran öz növbəsində bütün regionda sülhün bərqərar olmasına maneəçilik törədir və həm israillilərin, həm də fələstinlilərin gələcəklərinə zərbə vurur.

Ərəb Dövlətləri Liqası (ƏDL) öz növbəsində iki ölkə arasında artan gərginliklə bağlı bazar günü bəyanatla çıxışb edib.

Təşkilat bildirib ki, İsrailin Livanla sərhəddə vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərinin qarşısının alınmasına görə məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür:

“Dünya ictimaiyyəti İsrailin öz seçkiqabağı məqsədləri üçün vəziyyətin daha da gərginləşməsinə təkan verə biləcək hərəkətlərini dayandırmalıdır. Baş katib Əhməd Əbu əl-Qeyt sərhədyanı ərazilərin atəşə tutulmasını narahatçılıqla izləyir və istənilən hücumların fonunda Livan dövləti ilə tam həmrəy olduğunu ifadə edir”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...