Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: “Çəpişə oxşayırsan” – Foto
Hadise
Oxunub: 551
30 avq 2019 | 17:20
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: “Çəpişə oxşayırsan” – Foto

Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Bu barədə “Facebook”da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

Baş verənləri olduğu kimi təqdim edirik:

“4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən yekə bir torba tutmuşdu.

Üzdən oxumaq olurdu. “Azadlıq”la “İnqilab”ın kəsişməsində dayanacaqda düşəsi oldu.

Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, “ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?”.
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: “Çəpişə oxşayırsan” – Foto
Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, “sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu…”.

Avtobusda, dayanacaqda çox adam var idi, hamı da görüb eşidirdi. Sürücü əsgərə dedi ki, “səndən əsgər olar əə? Çəpişə oxşayırsan”.

Əsgər fiziki baxımdan çox zəif idi. Elə bu vaxt təxminən 23-25 yaşlarında bir qız sürücüyə bu sözləri deyib üstünə 5 manat pul tulladı:
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: “Çəpişə oxşayırsan” – Foto
“Ayə” sənsən, o əsgərdir, “ayə” deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır”, – deyə qız qışqırdı.

Sürücü “az, düş uç burdan, əcəb eləyirəm” deyərək qızın üstünə qalxdı. Qız avtobusdan düşüb sürücüyə dedi ki, hünərin varsa, düş aşağı, sənin cavabını verim.

Əsgər qıza bircə söz dedi: “Çox sağ ol, bacı”. Sürücü gördü ki, hamı ona qarşı çıxır, tez avtobusu sürüb getdi”.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı