Azərbaycanda həkimin bu hərəkəti kameraya düşdü: “Bir də bura gəlmə” – VİDEO
Hadise / Video
Oxunub: 900
22 iy 2019 | 21:17
Azərbaycanda həkimin bu hərəkəti kameraya düşdü: “Bir də bura gəlmə” – VİDEO

Sumqayıt şəhər sakini Aytəkin Bayramova dövlət xəstəxanasında həkimin onunla qeyri-etik rəftarını və pul tələb etməsininin kadrlarını redaksiyamıza göndərib.

Bu haqda A. Bayramova “yeniavaz.com”a danışıb.

O, bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində fəaliyyət göstərən Uşaq Stomatoloji Klinikasına 9 yaşlı oğlunun dişi ağrıdığı üçün üz tutub:

“Uşağın dişinə baxan həkim mənə dedi ki, əvvəlcə “Rentgen”ə get. Mən də uşağı həmin şöbəyə apardım. Gülnarə həkimə bildirdim ki, uşağın dişini rentgenə salmaq lazımdır. Məndən 5 manat pul istədi.

Dedim ki, yoxumdur, həm də ki bura dövlətin klinikasıdır. O da mənə cavabında dedi ki, nə vaxt dövlətin mənə plyonka verər, onda gələrsən. O vaxta kimi bir də buraya gəlmə dedi. Mən də bura dövlətindir dedim.

O nalayiq sözlərdən istifadə edərək mənə cavab verdi. Mən də oradan uzaqlaşdım. Ancaq mən həmin anları mobil telefonumla lentə almışdım”.

A. Bayramova dedi ki, bu hadisədən sonra Kəmalə xanımın, yəni, baş həkimin yanına getdim: “Vəziyyəti ona danışdım amma, onun cavabı məni daha da təəccübləndirdi.

Mənə bildirdi ki, bizdən bu pulu yuxarıdan tələb edirlər, bizlik deyil.

Biz hər il Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 min manat ödəyirik. Bunu təkcə biz yox, bütün qurumlar ödəyir.

Biz də məcbur o pulu vətəndaşlardan alırıq. Baş həkim də mənə dedi ki, plyonkanı dövlət vermir”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, bu sadəcə əsassız bir ittihamdır:

“Bu doğru deyil. Belə bir şeydən söhbət gedə bilməz. Əsassızdır”.

Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu