Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr verib
Hadise
Oxunub: 447
10 in 2019 | 16:44
Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr verib














Xəbər verildiyi kimi ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub.

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı.

Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr veribİndi Ermənistanın Müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər.

Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, Müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud “cəza tədbirlərinin görülməsi” üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb.

Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr verib

Hansı ki, Baş Nazir Nikol Paşinyan ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən təmas xəttindəki təcavüzkar əməllər, Azərbaycan ordusunun zabitinin vurulması barədə xatırladaraq ondan Düşənbə razılaşmalarının pozulması barədə soruşan azərbaycanlı jurnalistə cavabında bu əməlləri inkar etməyə çalışmışdı. Paşinyan demişdi ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və “atəşin erməni əsgərləri tərəfindən açılmadığı” təsdiqlənib. Və həmin dəlillər Azərbaycan tərəfinə də verilib.

Əlbəttə, Ermənistan baş nazirinin bu dedikləri absurd idi və söhbət xüsusi təyinatlı snayper tərəfindən həyata keçirilmiş təcavüz aktından getdiyi üçün “silahların yoxlanılması” barədə deyilənlər məsuliyyətdən yayınmağa hesablanmışdı. İndi isə budur, Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər? Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatmayıbmı?
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...