“Küçələrdə diləndirilən azyaşlılar oğurlanmış uşaqlar ola bilər” - Kriminalistdən ŞOK AÇIQLAMA
Hadise
Oxunub: 514
7 in 2019 | 22:44
“Küçələrdə diləndirilən azyaşlılar oğurlanmış uşaqlar ola bilər” - Kriminalistdən ŞOK AÇIQLAMA














“İtkin düşən üç yaşlı Zəhra Bağırzadə tapılan zaman onun yanında olmuş Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində Sabunçu Rayon Polis İdarəsində saxlanılır”.

Sabunçu Rayon Polis İdarəsindən Modern.az-a verilnə məlumata görə, hazırda təhqiqat işləri davam etdirilir:

“İstintaq yekunlaşdıqdan sonra ictimiayyətə məlumat veriləcək”.

“Zəhranı oğurlayan qadın anlaqlı vəziyyətdə olub”

Məsələ ilə bağlı Modern.az-a danışan kriminalist Mahmud Hacıyev deyib ki, bu, adam oğurluğudur:

“Uşağı oğurlayanlar "Təzə bazar” yaxınlığında kirayədə yaşayırlar. Uşaq Sabunçu rayonu ərazisində oğurlanıb, Nizami rayonu ərazisində diləndirilir. Bu üçbucaq uşağı aldadıb aparmaq yox, adam oğurluğudur. Bu, son 15 ildə cinayət qanunvericiliynə salınmış ağır maddədir. Azadlıqdan məhrumetmə sanksiyasının cəzası çox yüksəkdir. Diləndirməyə aparır, satmağa aparır, yaxud öldürməyə aparır, bunun fərqi yoxdur, bu, adam oğurluğudur.

Burada cinayət tərkibini yaradan amillər toplumu var: obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf, motiv, yəni tamah. Cinayət əməlini yaradan bütün amillər burada var. Motivi gizlətmək üçün deyirlər guya uşağı oğurlayan ağıldankəm olub. Bunlar önəm kəsb eləmir. Bu, geniş şəkildə istintqı aparılan işdir. İstintaqın gedişilə bağlı bütün detallar kütləvi informasiya vasitələri tərəfindən ictimaiyyətə çatdırılmalıdır ki, bir də belə hal yaşanmasın.

Dilənçilik baş alıb gedir. Dilənçilikdə adam oğurluğu faktları da var. Bu işdə siz jurnalistlərin də fəaliyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətilə paralel getməlidir. Sizlər “SOS” siqnalı verməlisiniz. Onlar ekspertiza olunmalıdır ki, uşağı aparan vaxtda anlaqlı olub, yoxsa yox. Mən bir hüquqşünas kimi sizi əmin edirəm ki, balaca qızın oğurluğunda iştirak edən şəxslər anlaqlı vəziyyətdə olub. Deyir tut yeyirdik, uşağa da verdik yedi, sonra onu bacıma verdim. O da apardı diləndirməyə. Bəs sorğuşmaq lazımdır, Allah sənə 60 ölçü başı niyə verib, şüuru niyə verib?

Bu sırf insan oğurluğudur. Onun ağıldankəm olub-olmadığını istintaqın gedişi müstəntiq müəyyən edəcək. Mən onları televiziyadan izlədim, çox da anlaqlı idilər. Ola bilsin ki, haradasa, savadı, dünyagörüşü, intellekti imkan vermir düşünsün ki, bu insan oğurluğudur. Onu da özü bilər, Allahı bilər. Qanun demir ki, savadı, dünyagörüşü olmayan biri cinayət məsuliyyətindən kənarda qalsın.

Əvvala dilənməyin özü inzibati xətadır, az əhəmiyyətli hüquq pozuntusudur. Ona qarşı da cəza tətbiq edilə bilər. Digər tərəfdən, bu gün küçələrdə diləndirilən uşaqların taleyilə də maraqlanmaq lazımdır ki, onlar oğurluqdur, yoxsa deyil. Ona görə istintaq hərtərəfli aparılmalıdır. Siz özümüz də vətəndaş olaraq, küçədə dilənən uşaq görəndə, lap ona müəyyən miqdarda pul versəniz belə, imkan daxilində maraqlanın niyə dilənir, kimdir, harada yaşayır?”.

“Əlil uşaqlar dilənçilərə “arenda”ya verilir”

Kriminalist əlil uşaqların valideynləri tərəfindən “arenda”ya verildiyini iddia edib:

“Bilirsiniz, od olmasa, tüstü çıxmaz. Bəzi dar düşüncəli, ağıldankəm, savadsız valideynlər var ki, psixi və fiziki qüsurlu uşağını dilənçilərə “arenda”ya verir. Bu hal yaşanmaqdadır, rüşeym var artıq. Bunun da qarşısını almaq lazımdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları və siz jurnalistlər bu məsələlərə həssaslıqla yanaşmalısınız. Artıq belə söz-söhbətlər var, buna dırnaqarası yanaşmaq olmaz. Dilənçilik özü bir şəbəkədir. Dilənçilər qazandıqlarını “obşak”a vaxtlı-vaxtında və düzgün verməsələr, onların gözlərini çıxararlar. Ümumi qazanc “obşak”a qoyulur və oradan hamının haqq-hesabı bölünür. Kimsə dilənçilərin qayda-qanuna tabe olmadan dilənirsə, onu cəzalandırırlar, döyürlər. Biz bilmirik onların başındakı qadındır, kişidir, əvvəllər məhkumluq həyatı yaşamış biridir ya deyil. Onların hamısı psixologiyanı çox yaxşı bilirlər. İnsanların hisslərinə toxunmağı, onları ələ almağı çox əla bacarırlar. Eşidir, bilir ki, kiminsə uşağı əqli, yaxud fiziki qüsurludur, onun valideynlərilə “danışığa” başlayır. 2 fakt, 3 fakt, 4 fakt və beləcə genişlənməyə başlayır. Bu gün kifayət qədər qüsurlu uşağı olan ailələr var ki, zibilxanalarda, küçələrdə yaşayırlar. Bunlara diqqət etmək lazımdır”.

M.Hacıyev hansısa dilənçiyə hüquq-mühafizə orqanı əməkdaşlarının göz yumması iddialarını qəbul etməyib:

“Bütün bunların hamısı hesabtlarda qeyd edilir. Əgər hansısa polis əməkdaşı buna göz yumubsa belə, əmin olun o, mütləq cəzalandırılır. Bəzən olur ki, yazığı gəldiyi, humansitlik etdiyi üçün o dilənçini görməzdən gəlir. Çünki mənim özümün də başıma gəlib belə hal. Baş Polis İdarəsinin, nazirliyin əməkdaşları daim ərazidə olurlar. Neqativ hala yol verən polis əməkdaşları cəzalandırılır”.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR