“Uşağın çöpü qalmışdı” – Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır
Hadise
Oxunub: 675
1 in 2019 | 16:47
“Uşağın çöpü qalmışdı” – Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır














“Uşağın çöpü qalmışdı, çöpçü çıxartdı”. Azyaşlı uşaqların valideynlər arasında belə söhbətlər tez-tez eşidilir. Müasir zəmanədə çöpçülərə inanlar da var, onları inkar edənlər də.
Doğrudanmı uşağın boğazında çöp qalır? Bunu aradan qaldırmağı bacaran ara həkimlərə inanmaq olarmı? “Çöpçülük” xalq təbabətinin bir qoludurmu?

Modern.az saytının əməkdaşı məsələni araşdırmağa çalışıb.

Tibb mütəxəssisləri deyirlər ki, lor həkimləri olan yerdə çöpçü yanına getmək düzgün deyil.

Çöpçülər isə bildirirlər ki, uşağın qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etmək, üfürməklə çıxarmaq dədə-babadan qalma fəaliyyətdir.

“Bəzi hallarda uşağın qırtlaq-udlaq nahiyəsində müxtəlif şeylər – meyvə qabığı, dənəsi, çəyirdəyi, tumu, ət parçası, sümük ya da digər yad cism ilişib qala bilir. Bu, ya qidalanma zamanı baş verir, ya da uşağın bilməyərəkdən həmin cismləri ağzına qoymasından yaranır”,-deyə adının çəkilməsini istəməyən çöpçü qadın bildirib. Onun sözlərinə görə, əlini uşağın boğazına toxunduran kimi həmin boşluqda nəsə qalıb-qalmadığını hiss edir.

Övladının çöpçü sayəsində sağaldığını deyən valideyn Nailə Məmmədova da həkimlərlə razılaşmır:

“Düzdür, əvvəllər mən də çöpçülüyə inanmırdım, amma başına gəlməyən bilməz.

Son zamanlar uşağın qızdırması düşmürdü, durmadan ağlayırdı. Ağzından isə xoşagəlməz qoxu gəlirdi. Yemək yemir, halsızlaşır, nə verirdim qusurdu.

Həkimə apardım, nə qədər dərman – siroplar yazdı, dedi ki, bunları uşağa içir, keçib gedəcək.

Amma keçmədi. Qonşular elə hey deyirdilər ki, yaxınlıqda bir çöpçü, var apar onun yanına. Düzdür, evdəkilər razı olmurdu. Axırda yeganə ümid yerim çöpçünün yanına getmək oldu. Allahdan sonra uşağın sağalmasına çöpçü yardımçı oldu.

Uşağın üzünə baxan kimi dedi ki, bunun çöpü qalıb. İlk olaraq boğazını əli ilə ovxaladı. Daha sonra ağzına 2 dəfə üfürdü, burnuna da həmçinin.

İnanırsınızz, ovucunda mənə qara yad cisimlər göstərdi. Uşağın boğazında sən demə muncuq, birdə alma qabığı ilişib qalıb. Ondan sonra uşağın sanki üzü güldü. İndi nəsə belə bir hal olanda çöpçüyə üz tuturam. Həqiqətən gözlərimlə şahidi oldum. Mənə elə gəlir ki, bu bir Allah vergisidir”.

Həkimlər isə “çöpçü” adlanan ara adamları ilə təmasdan qaçmağı məsləhət görür, hətta bəzən bununla bağlı həyəcan təbili çalırlar. Deyirlər ki, çöpçülərin xüsusilə ağıza üfürmələri uşaqlara infeksiya, mikroblar keçməsinə səbəb ola bilər.

Azərbaycanın baş pediatrı, K.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnistitutunun direktoru Nəsib Quliyev məsələ ilə bağlı Modern.az-a danışıb:

“Ümumiyyətlə çöpçülük anlayışına münasibətim pisdir. Dünyada “çöpçü” adlı sənət yoxdur. Bu fəaliyyət dələduzluq, fırıldaqçılıq hesab edilir. Ara adamlarının boğazdan yad cisimlər çıxara bilmələrinə də inanmıram. Çünki onu tibb işçiləri həyata keçirə bilərlər”.

Nəsib Quliyev deyir ki, başqa ölkələrdə, məsələn, Almaniyada, İngiltərədə belə “ara həkimləri” yoxdur, çünki insanların problemə yanaşması fərqlidir:

“Əgər bizim uşaqlarda çöp qalırsa, ingilis uşaqlarının boğazlarında niyə qalmır? Bilirsiniz, burda məntiq də yoxdur. İnsanları sadəcə aldadırlar, hətta inandırmağa da çalışırlar”.

Baş pediatrın sözlərinə görə, özünə hörmət edən, savadı olan həkim heç vaxt xəstəni çöpçüyə aparmağı məsləhət görməz:

“Bütün bunların da günahını valideynlərdə görürəm.

Bir pediatr kimi bütün bunların əleyhinəyəm. Valideynlərə də tövsiyəm odur ki, nəsə xoşagəlməz hadisə olsa, həkimə müraciət etsinlər, çöpçüyə yox”.
Bu gün, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Bu gün, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür