Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar – Təfərrüat
Hadise
Oxunub: 593
28 may 2019 | 10:30
Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar – Təfərrüat













Hacı Fətəliyev 1 il öncə dollar verib manat almaq istəyib, başına oyun gəlib…

Məşhur saatsaz Hacı Fətəliyev dələduzluqla üz-üzə qalıb. Deyir ki, uzaq qohumu ondan 10 min dollar pulu manata çevirmək adı ilə alıb və “atıb”.

Məşhur saatsızın sözlərinə görə, pulu ondan alan Elxan Məmmədovdur: “Elxan uzaq qohumumdur, illərdir ki, Sumqayıtda dollar alveri ilə məşğuldur. Mən də lazım olanda pulu ona xırdalatdırır, ondan dollar alırdım. 2018-ci il aprelin 17-də ona 10 min dollar pul verdim. Mehman adlı tanışım da yanımızda idi. Sumqayıt şəhərində ev almışam. Orada ustalar işləyirdi. 10 min dollar pulu aparıb Elxan Məmmədova verdim ki, manata çevirsin, ustaların pulunu verə bilim. Bu adam qanuni dollar dəyişən deyil. Onu 15 ildir tanıyıram, inamım vardı. Vaxt olub ki, maşınımı 16 min manata satmışam, aparıb pulu Elxana verrmişəm, dollara çevirib. 10 min dolları da Elxana verəndə heç bilməzdim ki, başıma belə oyun açar”.

Tanınmış saatsaz deyir ki, Elxan Məmmədov 10 min dolları ondan alanda deyib ki, manat yoxdur, pul qalsın, 3 gün sonra gəlib pulunu apara bilər: “Pulu alanda dedi ki, əlin yüngüldür, sən pul verəndə çörək qazanırıq. Başımın altına yastıq qoydu. Hər dəfə pulu istəyəndə dedi ki, manat yoxdur, 2-3 günə verəcəyəm. Beləcə, 1 ay keçdi, Elxan dedi ki, yanımda Anar adlı şərikim var, o, pulu götürüb qaçıb. Elxana dedim ki, mən pulu Anara yox, sənə vermişəm. Pulu ona dəmir yol vağzalında vermişəm. Ona dedim ki, bu nə oyundur mənim başıma açırsan. Cavab verdi ki, Anar qaçıb Gürcüstana, 1-2 həftəyə qayıdıb gələr. 2 həftədən çox keçmişdi, xəbər aldım ki, Anar qayıdıb, pul atdığı adamlarla görüşür. Mənə də dedilər ki, gəl. Getdim ki, Anar adamlarla danışır, növbə mənə çatanda Anara dedim ki, mənim pulum necə olacaq. Dedi ki, sən pulu Elxana vermisən, mənə verməmisən, 1 ay gözlə, pulunu Elxan verəcək. 1 ay da keçdi, pulu vermədilər”.

Saatsaz Hacı Fətəliyev deyir ki, məsələdən oğlunun dostu Fuad xəbər tutandan sonra ona deyib ki, polisə şikayət etmək lazımdır. Saatsazın sözlərinə görə, Sumqayıtda 3-cü polis bölməsində Fuadın Fərid adlı tanışı onunla görüşüb, ərizə yazıb: “4 ay sonra Fərid dedi ki, mülki iş olduğu üçün məsələ məhkəmə müstəvisində həll edilməlidir”.

Saatsaz Hacı deyir ki, daha sonra 1-ci polis bölməsinə müracət edib: “Orada rəisə əlimdə olan sübutları təqdim etdim. Mən Anar Gürcüstandan qayıdıb gələndən sonra onunla görüşəndə səsini gizli yazmışdım, videosunu çəkmişdim. Həmin videoda Anar deyir ki, sən mənə pul verməmisən, pulu Elxana vermisən. Mənə 1 gün sonra zəng edib dedilər ki, ərizə yaz, sənə qarşı dələduzluq edilib, məni də, şahidi də dindirdilər. Amma 2 gün sonra zəng edib dedilər ki, bu iş mülki məsələdir, biz baxa bilmərik”.

Saatsaz Hacı növbəti dəfə Sumqayıt prokuroru ilə görüşüb: “Məni hörmətlə qəbul etdi, Sərdar İmanov məni dinlədi, dedi ki, gərək indiyə kimi mənim yanıma gələydin. Məndən ərizə alıb sənədləşdirdilər. 1 ay 15 gün heç bir cavab gəlmədi. 1 həftə əvvəl Sumqayıt prokurorluğuna gedib prokurorun köməkçisi Pərviz müəllimlə görüşdüm. Müstəntiqlə danışdı, dedi ki, işə Elxanla bağlı hissədə xitam verilib. Anar da mənim üzümə dayanır ki, guya pulu məndən faizlə alıb. Ayda mənə guya 500 manat faiz verib, mənə şər atdı. İşi Elxansız göndəriblər məhkəməyə. Mənim şikayətimi əsassız olaraq Anarın üstünə yönləndirirlər. Anar məndən başqa 5-6 nəfərə pul ”atıb”. Ona görə də işi onun üstünə yönləndirirlər. Anar üçün onsuz də fərq eləmir, 5 nəfərə qarşı dələduzluğa görə həbsə alınır, ya 6 nəfərə görə. Anar işi üzərinə çəkməklə Elxanı məsuliyyətdən kənar saxlamaq istəyir. Ona görə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirəm, xahiş edirəm bu işi obyektiv araşdırsınlar. Mənə qarşı dələduzluq edənlər məsuliyyətə cəlb olunsun, pullarımı geri qaytarsınlar”.musavat.com
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar – TəfərrüatBakının məşhur saatsazına 10 min dollar “atıb”lar – TəfərrüatBakının məşhur saatsazına 10 min dollar “atıb”lar – TəfərrüatBakının məşhur saatsazına 10 min dollar “atıb”lar – TəfərrüatBakının məşhur saatsazına 10 min dollar “atıb”lar – Təfərrüat
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı