Binəqədidəki qəddar qətlə görə dünya çempionu həbs olundu – Təfərrüat
Hadise
Oxunub: 564
16 may 2019 | 09:49
Binəqədidəki qəddar qətlə görə dünya çempionu həbs olundu – Təfərrüat


Məlahət Səfərova: “Övladımın qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib”

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. Bu haqda ”Yeni Müsavat”a daxil olan məlumatı Binəqədi Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildiriblər ki, hazırda qətllə bağlı istintaq davam edir. Qəddar qətldə iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması və hər bir iştirakçının istintaqa cəlb edilməsi üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Öldürülən Emil Səfərovun anası Məlahət Səfərova “Yeni Müsavat”a qətllə bağlı açıqlama verib, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.

Binəqədidəki qəddar qətlə görə dünya çempionu həbs olundu – Təfərrüat


Zaur Yusifov

Məlahət Səfərova deyir ki, oğlunun qətlindən əvvəl oğlu Emin Səfərovla Zaur Yusifovun arasında mübahisə olub:“Hadisədən bir neçə saat əvvəl Zaur oğlum Emillə mübahisə edib. Emil ona deyib ki, sələm məsələsini yığışdır. Camaatı incitməyin. Bundan bir neçə saat sonra Zaurun atası Əli oğlumun yanına gəlib. Həmin vaxt oğlum dostları ilə 6-cı mikrorayonda parkın qarşısında olub. Əli oğluma deyib ki, Emin, gəl gedək əmi-bala söhbət edək. Bunun şahidləri Eminin dostlarıdır. Onlar maşına minib birgə getmək istəyiblər. Əli Yusifov deyib ki, siz maşından düşün. Orada kamera var. Şahidlər gedib ifadə də veriblər. Bu gün Əli Yusifov ortalıqda gəzir. Bu adam oğluma qarşı cinayətin birbaşa təşkilatçısı, iştirakçısıdır. Zakir Qaralovdan xahiş edirəm, bu işi nəzarətə götürsün”.

Binəqədidəki qəddar qətlə görə dünya çempionu həbs olundu – Təfərrüat


Emin Səfərov

Məlahət Yusifova deyir ki, Həsən Tağıyev Yusifovların işlərini görən adamdır: “Həsən bədbəxt adamdır. Onu məcbur ediblər, cinayəti boynuna götürüb. Həsən Zaur Yusifovdan asılı adamdır. Zaur onu məcbur edib və o da bu cinayəti boynuna götürüb. Amma bir balaca araşdırma apardılar, gördülüər ki, Həsən, sadəcə, iştirakçıdır. O, boynuna alıb ki, Zamin Eminin maşınına arxa oturacağa əyləşdi. İpi Emilin boynuna atıb. Bundan sonra atası Əli Emilin üzünə sillə vurub. Zaur bıçaqla vurmağa başlayıb. Emin maşından düşmək üçün cəhd göstərirmiş. Zaur başlayıb daha tez-tez vurmağa. Bundan sonra Zaur Həsənə də qışqırıb ki, sən də vur. O da bıçaqla vurmağa başlayıb. Həsən Zaurun uşaqlarını məktəbə aparan, həyətində yer belləyən adam idi. O deyib ki, Emini bıçaqlayandan sonra maşından düşürüblər. Yerdə olanda da Həsənə deyiblər ki, sən də vur. Bundan sonra da məcbur ediblər ki, 102-yə zəng vur, biz səni həbsdən qurtaracağıq. Həsən deyib ki, Zaur üstünə qışqırandan sonra Emilin ayağına və qoluna bir neçə bıçaq vurub. Həsənin bu ifadəsindən başqa şahidləri də var ki, cinayətdə Əli Yusifovun, Zamin Yusifovun, bacısı oğlu Vüqarın iştirak etdiyini – cinayəti əvvəldən axıra qədər görüblər. Xahiş edirəm ki, cinayət işini baş prokuror Zakir Qaralov şəxsi nəzarətinə götürsün. Əli Yusifov, onun qızının oğlu Vüqar, digər oğlu Zamin Yusifov cinayətin iştirakçılarıdır. Bu adamları həbsini tələb edirəm”.

Qeyd edək ki, mərhum Emin Səfərovun xalası oğlu Royal Əkbərov da “Yeni Müsavat”ın əməkdaşına bildirmişdi ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kliniki Tibbi Mərkəzə müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, Əli Yusifovun qoluna yetirilən bıçaq xəsarətləri cinayətin izinin itirilməsinə xidmət edir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib