Erməni qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR: Azərbaycanlılara desək... - VİDEO
Hadise
Oxunub: 745
8 may 2019 | 22:19
Erməni qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR: Azərbaycanlılara desək... - VİDEO














Mən Ermənistana gələndə heç də xoş olmadı, çünki özümün və ailəmin ünvanına xoşagəlməz ittihamlar səsləndirildi. Oğlumu dəfələrlə döyüb, onun Azərbaycan ermənisi olduğunu dedilər. Azərbaycan ermənisi olanda nə olar? Onlara dünyada yermi yoxdur? Mən bunu deməkdən utanmıram, özüm də erməniyəm, lakin onlar bizi sevmir və heç vaxt da sevməyib. Ermənistanda buna görə çox qala bilmədim.

Axar.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ müharibəsi illərində Azərbaycandan Ermənistana köçən erməni qadınlardan biri ölkədə onlara qarşı kəskin nifrət və ayrı-seçkilik, ağır iqtisadi-sosial şərait barədə danışarkən deyib.

“Moskvaya getmək və oradan ABŞ-a miqrasiya üçün müraciət etmək qərarına gəldim. Ərim işləmirdi, iş tapmırdı. Moskvaya getdiyim üçün məni satqın adlandırdılar. Mən satqınam, çünki özümün 16 yaşlı oğlumu ərimlə birlikdə döyüşməyə göndərmədim. Hə, mən buraxmadım, qan və ölüm istəmədim. Mənə dedilər ki, sənin nəvə-nəticələrin sağ qalacaqlar. Bəs savaşmaq nəyə lazımdır? Əgər oğlum və ya ərim ölsə, nəvələrimi harada görəcəyəm?” - erməni qadın bildirib.

Daha sonra Azərbaycandan Ermənistana köçən ermənilərin acınacaqlı vəziyyətdə yaşaması əks olunub. Belə ki, yataqxanada yaşayanlar heç bir şəraitin olmaması, hökumətin laqeydliyi, büdcədən və beynəlxalq təşkilatlardan ayrılan pulların mənimsənilməsi kimi hallardan danışıblar. Erməni qadınlardan birinin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandan gələnlərin yaşadığı yataqxananın təmiri üçün ayırdığı 5 milyon mənimsənilib və nəticədə heç bir yardım göstərilməyib.

Erməni qadın həmçinin ölkə rəhbərliyinin Azərbaycandan gələn qaçqınların ölkəni tərk etməsinə qadağa qoyduğunu bildirib. Belə ki, bu barədə hökumət bütün səfirliklərə müvafiq göstəriş verib. Bunun səbəbi isə Azərbaycandan gələn ermənilərə görə verilən humanitar yardımların mənimsənilməsidir.

Erməni qadın son cümlələrində isə öz xalqı ilə azərbaycanlıları müqayisə edib:

“Biz erməni olsaq da, özgəyik. Yerli və gəlmə ermənilər iki fərqli xalqdır. Burda çox yalan danışırlar. Mən həyatım boyu burdakılara etibar etmirəm. Çox qəribə ermənilərdir. Hərçənd Suriyadan gələn ermənilər də heç vaxt düzgün insan olmasalar da, yerli ermənilərdən daha çox onlarla aramızda bir yaxınlıq var. Onlar yerli ermənilərlə birlikdə yaşaya bilməzlər. Aci bir həqiqət var. Gəlin sizə onu da deyim. Nə Azərbaycandan, nə də Suriyadan gələnlər heç vaxt burada yaşamayacaqlar. Çünki burda insanlar qəddardılar. Mən sonradan başa düşdüm ki, yerli ermənilərə problemlərini danışmaq olmaz. Əgər azərbaycanlıya öz problemini desən, o sənə deyəcək, “sənə necə kömək edə bilərəm?” və kömək də edəcək. Yox, əgər problemini erməniyə desən, o bundan istifadə etməyə və səni tapdalamağa çalışacaq”.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh