Bakıda “Range Rover”la adam vuran sürücü oliqarx çıxdı – FOTO
Hadise
Oxunub: 536
1 may 2019 | 15:00
Bakıda “Range Rover”la adam vuran sürücü oliqarx çıxdı – FOTO















Azərbaycan oliqarxları və onların yaxınları, yaxud törəmələri “hərəyə azı bir piyada öldürək” devizini uğurla həyata keçirməkdədir.
Oliqarxiya çevrələrinə bağlı olan sürücü tərəfindən növbəti piyada vurulması hadisəsi ötən gün axşam Nizami rayonunda baş verib.
Aprelin 30-da saat 22.00 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.
Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Həmin sürücü “90 OG 002” dövlət nömrə nişanını “Mercedes” və “Audi” markalı avtomobildə də istifadə edir. Özü də eyni vaxtda. Bu barədə sosial şəbəkələrdə həmin sürücü tərəfindən fotolar nümayiş etdirilir.

Bakıda “Range Rover”la adam vuran sürücü oliqarx çıxdı – FOTO










Hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.

Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb. Virtualaz.org
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər