Polisi öldürən şəxs beynəlxalq axtarışa verildi – FOTO
Hadise
Oxunub: 1 925
19 may 2015 | 13:10
Polisi öldürən şəxs beynəlxalq axtarışa verildi – FOTO
















O banditizm, oğurluq, qaçaqmalçılıq və qanunsuz odlu silah saxlamaqda təqsirləndirilir

Azərbaycanda polis zabitinin qətlə yetirməkdə təqsirləndirilən radikal dini qruplaşma üzvü beynəlxalq axtarışa verilib.

Azerinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 25 yaşlı Şamil Qadaşov banditizm, oğurluq, qaçaqmalçılıq və qanunsuz odlu silah saxlamaqda təqsirləndirilir. Ş. Qadaşov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, Ş. Qadaşov Qusarda polis əməkdaşlarına basqın edən radikal dini qruplaşmanın üzvlərindən biri olub. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Radif Ağamuradov Qusarda vəhhabi təriqətinə mənsub olan şəxslərdən “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Şamil Qadaşov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar.

Onlar valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib, külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq, Azərbaycana gətiriblər. Dəstə üzvləri həmin silahlarla Azərbaycanda bir sıra cinayət törədiblər. Onlar həmçinin Qusarın Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda polis əməkdaşı Qalib Quliyevi qətlə yetirib, digər üç polis əməkdaşına - Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimova isə xəsarət yetiriblər.

Daxili İşlər Nazirliyi və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində dəstənin əksər üzvləri tutulub. Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə hökm oxunub. Hökmə əsasən, 6 nəfər 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Polisi öldürən şəxs beynəlxalq axtarışa verildi – FOTO
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu