Oğlanlar 14 yaşlı qızı tualetə salıb təcavüz ediblər – Azərbaycan məktəbində
Hadise
Oxunub: 657
17 apr 2019 | 13:30
Oğlanlar 14 yaşlı qızı tualetə salıb təcavüz ediblər – Azərbaycan məktəbində














Xaçmazda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Vahid Babayev və 1998-ci il təvəllüdlü Vüsal Məmmədovun (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vahid Babayev 16 mart 2015-ci il tarixdə, saat 14.00-da Vüsal Məmmədovu aldadaraq, 2001-ci il təvəllüdlü Ləman Bağırova (ad və soyad şərti verilib) ilə əvvəllər də cinsi əlaqədə olduğunu bildirib.

Orta məktəbdə əxlaqsızlıq

Beləliklə Vahid Vüsalın cəzasız qalacağını vəd edərək ağır cinayətin törədilməsinə cəlb edib. O, Vüsalla birlikdə Ləmanı rayon ərazisində olan tam orta məktəbin oğlanlar üçün nəzərdə tutulan ayaqyoluna gətiriblər.

Orada Vahid və Vüsal Ləmana zor tətbiq edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə, Vüsal Məmmədovun barəsində isə Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3-cü maddələri ilə ittiham elan edilib.

“Ləmana cinsi əlaqədə olmağı təklif etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, martın 16-da həmkəndlisi Vüsalla nahar vaxtı həmyerliləri Ləmanın onlara tərəf gəldiyini görüb: “Vüsala Ləmanı ayaqyoluna çəkərək onunla cinsi əlaqədə olmağı təklif etdim. Hətta Vüsala əvvəllər də Ləman ilə cinsi əlaqədə olduğumu dedim. Vüsal da mənə etiraz etmədi və birlikdə ayaqyolunun yaxınlığına gəldik. Ləman yanımıza çatanda qolundan tutduq və ayaqyoluna çəkdik. Həmin vaxt Ləman qışqırsa da, ətrafda heç kim olmayıb”.

“Bildim ki, bizdən şikayət olunmayıb”

Vahid Babayev qeyd edib ki, Vüsalla birlikdə Ləmanı soyundurublar “Birinci Ləmanala mən qeyri-təbii yolla cinsi əlaqədə oldum. Sonra Vüsal onunla cinsi əlaqədə oldu. Bu zaman Vüsalın əmisi oğlu Həbib ayaqyoluna gəldi. Həbib bizim hərəkətlərimizi gördü və hərəmizə bir şillə vurdu. Həmin vaxt Ləman paltarlarını çəkə-çəkə oradan qaçdı. Bundan sonra bizdə dağılışaraq evimizə getdik. Bir neçə gün gözlədim və sonradan bildim ki, bizdən şikayət olunmayıb”.

“Etdiyimiz hərəkəti etiraf etdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 17-də valideynləri ilə birlikdə hadisə baş verən orta məktəbə dəvət olunub: “Həmin vaxt Vüsal da valideynləri ilə birlikdə məktəbin direktorunun xidməti otağına gəldi. Orada həmin vaxt Ləman da var idi. Ləman orada hər şeyi danışdı. Müəllimlər məndən belə bir hadisənin baş verib-vermədiyini soruşdular. Mən də və Vüsal da etdiyimiz hərəkətləri səmimi etiraf etdik”.

Digər təqsirləndirilən Vüsal Məmmədov da da eyni məzmunlu ifadə verib. O, da elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

“Məni ayaqyoluna dartaraq apardılar”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Bağırova bildirib ki, hadisə baş verən vaxt orta məktəbin 8-ci sinfində oxuyub: “Həmyerlilərim Vahid və Vüsalı tanıyıram. Onlarla heç bir ədavətim yoxdur. Martın 16-da, təxminən saat 14 radələrində məktəbdə keçirilən “Novruz” bayramı şənliyindən çıxaraq evimizə getmək istədim. Bu zaman məktəbin oğlanlar üçün olan ayaqyolunun yanından keçəndə Vahid və Vüsal əllərimdən tutdular və məni ayaqyoluna dartaraq apardılar”.

“Səs-küyə məktəbdə oxuyan oğlanlar gəldilər”

Ləman Bağırovanın sözlərinə görə, ayaqyolunda qışqıraraq kömək istəyib: “Amma Vahidlə Vüsal kömək istəməyimə məhəl qoymadılar. Əynimdən paltarımı çıxardılar. Əvvəl Vahid, sonra da Vüsal mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Səs-küyə məktəbdə oxuyan digər oğlanlar gəldilər. Bundan sonra Vahidlə Vüsal məndən əl çəkdilər. Ağlamağımı görən uşaqlar Vahidlə Vüsalı döyməyə başladılar. Mən isə paltarlarımı geyinərək oradan evə qaçdım. Əvvəlcə qorxumdan heç kimə heç nə demədim. Amma sonradan bu barədə anama danışdım. Nə isə edə biləcəyindən qorxduğumuz üçün atama heç nə demədik”.

“Özümü saxlaya bilmədim, hər şeyi atama danışdım”

Ləman Bağırov qeyd edib ki, aprelin 16-da atası onun kövrəldiyini görüb və nə olduğunu soruşub: “Özümü saxlaya bilmədim və baş vermiş hadisəni atama danışdım. Səhəri gün atam anamı məktəbə göndərdi ki, məsələyə aydınlıq gətirsin. Anam evə gəldi və dediklərimin doğru olduğunu atama danışdı. Ona görə də atam ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldik. Atam bu barədə şikayət ərizəsi yazdı”.

Qıza təcavüz edənlərin cəzaları

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid Babayev 11il, Vüsal Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Tərəflərin şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Tərəflərin izahatlarını və şikayətlərini dinləyən hakim heyəti sonda qərara elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Vahid Babayevin cəzasını 9 ilə, Vüsal Məmmədovun isə cəzasını 5 ilə endirib. Bu qərardan narazı qalan Vahid Babayev kasasiya şikayəti verib.

Vahid Babayev kasasiya şikayətində günahsız olduğunu, Ləman Bağırova ilə könüllü cinsi əlaqədə olduğunu əsas gətirib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Vahid Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Vahid Babayevin kasasiya şikayəti təmin olunmayıb.

Digər təqsirləndirilən Vüsal Məmmədov tərəfindən kasasiya şikayəti verilməyib. Bu səbəbdən onunla bağlı olan hissədə cinayət işi üzrə kasasiya instansiyasında heç bir araşdırma aparılmayıb. Publika.az
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"