"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"
Hadise
Oxunub: 746
15 apr 2019 | 21:46
"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"













"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!"

Bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva BAKU.WS-a deyib.

G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:

"Mən - 13 il stajlı coğrafiya müəllimi Babayeva Güləbatun Asif qızı 04.01.2018 tarixdən Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəbdə Təşkilatı məsələlər üzrə direktor müavini işləmişəm. Masazır 4 saylı orta məktəbdə açılan yeni tədris müavini ştatı ilə bağlı 16.01.2019 tarixində ərizə ilə müraciət etmişəm. Müraciətimə əsasən məni 29(b) Əmr ilə işəqəbul etdilər.

Artıq 3 aydır ki, bu məktəbdə işləyirəm. Faktiki iş yerim isə əvvəlki məktəbimdir.

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova mənim əmrimi səhf tarixdən yazıb. İkinci dəfə mənə əmrin tarixini yeniləmək üçün 2 apreldə ərizə yazdırır.

Sonra da məndən o biri məktəbdən işdən azad olmağım üçün ərizə yazmağımı tələb edir. Lakin yeni iş yerimdə əmrim yeni tarixlə vermədiyinə görə, yəni doğru-düzgün əmr vermədiyinə görə ərizə yazmaqdan imtina etdim.

İndi də direktor bu məktəbdən getməyim üçün mənə pul təklif edir. Deyir, səni yanımda müavin kimi görmürəm. Səbəbi isə məktəbin bütün maliyyə pozuntularından xəbərdar olmağım və baş verənlərə etiraz etməyimdir.

Direktor müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, pulu isə direktor alır.

Müraciət etmədiyim qurum qalmayıb. Təhsil Nazirliyinə, Korrupsiya idarəsinə, Prezident Aparatında Fərəh Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova şikayət etmişəm. Abşeron rayonu Təhsil şöbəsi Təhsil Nazirliyinin mənimlə bağlı verdiyi tapşırı yerinə yetirmir.

Direktor Roza Məmmədova deyir ki, sən kimsən? Əmri vermirəm, heç Allahdan da qorxmuram. Artıq bezmişəm. Keçən dəfə şagird özünü 3-cu mərtəbədən atmışdısa, bu dəfə də mən atacam.

Mənim qızım stress keçirir, çünki məni qızımın yanında təhqir edir. Məni işlədiyim məktəbdə qapını üzümə bağlayıb, içəri girməyə qoymur".

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova G.Babayevanın ittihamlarını qəbul etmədi:

"Mən əmr verməyə qadir deyiləm. Əmr verilir, mən də icra edirəm. Regional Təhsil İdarəsi əmr verdikdən sonra mən onu işə götürə bilərəm. Regional İdarə icazə vermədikdən sonra mən onun bizim məktəbdə işləməsinə icazə verə bilmirəm.

Gülabatın Babayeva bizim məktəbə dərs hissə müdiri kimi təcrübə mübadiləsinə göndərilib. Biz mart ayının 1-dən onun əmrini verməyi nəzərdə tutmuşduq, amma Regional İdarə əmr vermədi. Çünki özünü doğrultmadı. G.Babayevanın əlindəki saxtadır, özü düzəldib. Mən ona əmr verməmişəm.

O insanda ağıl çatışmazlığı var ki, intihar barədə düşünür. İntihar edənlərin ağılı düz olur? Onun psixoloji durumu yerində deyil!"

"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ