Dini sferada nələr baş verir? – Son günlərin iki müəmmalı hadisəsi
Hadise
Oxunub: 547
13 apr 2019 | 11:00
Dini sferada nələr baş verir? – Son günlərin iki müəmmalı hadisəsi















Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlandığı haqda xəbəri hələ ötən ilin dekabrında “Report” agentliyi xəbər vermişdi. Həmin xəbərdə deyilirdi ki, “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi yaxın zamanlarda ilk oxunuşda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılacaq.

Eyni zamanda bildirilirdi ki, yeni qanun layihəsi hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanunu əvəz edəcək və MM-in 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.
Agentlik bu məlumatı 2018-ci ilin 5 dekabrında yaymışdı və həmin vaxt “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, deputat Siyavuş Novruzov qanun layihəsinin tezliklə müzakirəyə çıxarılacağını demişdi. Lakin artıq 4 ay keçməsinə baxmayaraq yeni qanun layihəsi hələ də müzakirəyə çıxarılmayıb.

Xatırladaq ki, Azərbaycanda “Dini Etiqad Azadlığı Haqqında” Qanun 1992-ci ildə qəbul olunub. Lakin ölkədəki dini-siyasi vəziyyətlə əlaqədar olaraq “Dini Etiqad Azadlığı Haqqında” Qanun 1996-cı il 7 iyun, 5 noyabr və 27 dekabr, o cümlədən 1997-ci il 10 oktyabr, 2001-ci il 23 noyabr və eləcə də 2009-cu, 2011-ci və 2015-ci illərdə bir neçə dəfə dəyişdirilib və ya belə demək olarsa, dövrün şərtlərinə uyğunlaşdırılıb. 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində dini qanundakı dəyişikliklər əsasən xaricdən gələn missioner fəaliyyətlərin qarşısının alınması, xarici vətəndaşların dini fəaliyyətlər, təbliğat işlərini qadağan edib.

İndi isə hökumət qanunu tamamilə yeniləmək qərarına gəlib. Maraqlıdır ki, yeni qanunda dini etiqad azadlığı ilə yanaşı “dini qurumlar” ifadəsi də yer alıb. Bu isə həm də yeni şərtlərin diktəsidir. Bilindiyi kimi, hökumət son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı bu sahədə çalışan yeni qurumlar yaradıb. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb, onun nəzdində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunub. Eləcə də DQİDK yanında Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu kimi yeni və birbaşa dövlətin nəzarətində olan dini qurumlar yaradılıb. Digər tərəfdən, dövlət dini fəaliyyətləri, məscidlərin inşası və təmiri, icmaların maddi və texniki təchizatı kimi məsələləri himayəsinə götürüb. Və əlbəttə ki, bu vəziyyətdə qanunvericilikdə yaranmış boşluqlar aradan qaldırılmalıdır. Bu səbəbdən də indi hökumət, görünür ki, son illərin şərtlərini özündə əhatə edən yeni dini qanun hazırlayır. Bu qanun həm də hökumətin dinlə bağlı siyasətinin əsas konturlarını ortaya qoyacaq.

Ancaq qəribə də olsa, ötən 4 ayda bu layihə üzə çıxarılmadı. Milli Məclisə müraciət etdik, ancaq məlum oldu ki, yaz sessiyasının gündəliyində belə bir müzakirə yoxdur. Lakin bizə bildirdilər ki, ola bilər sessiyanın gedişində komitələrin müzakirəsinə çıxarılacağı üçün gündəliyə salınmayıb. O da maraqlıdır ki, sözügedən parlament komitəsinin sədri Siyavuş Novruzov da israrlarımıza rəğmən yeni qanun layihəsini bizə vermək istəmədi.

Ancaq məntiqlə dekabrın 5-də artıq hazır olan qanun layihəsi 4 ay ərzində alt komitələrdə belə olsa müzakirəyə çıxarılmalı idi, ya da ən azı onu mətbuatdan gizlətməyə lüzum olmazdı. Demək olar ki, son bir ayda müraciət etdiyimiz əlaqədar instansiyaların hamısından yox cavabı almışıq.

Uzun axtarışlardan sonra əldə etdiyimiz məlumat ondan ibarət oldu ki, qanun layihəsinin müzakirəyə çıxarılmaması və gizlədilməsinin əsaslı səbəbi olub. Belə ki, qanun layihəsində mövcud dini strukturlaşma sisteminin xeyli dərəcədə dəyişməsi və səlahiyyət sahələrinin böyük ölçüdə dövlət orqanlarının əlində cəmlənməsi kimi maddələr olub. Dini sahədə münasibətlər sisteminin kəskin dəyişməsi kimi xarakterizə olan bu qanun layihəsi ölkə rəhbərliyi tərəfindən geri qaytarılıb. Və hazırda yeni qanun layihəsi hazırlanır və yaxud müvafiq narazılıq doğuran maddələr çıxarıldığı üçün müzakirələr təxirə salınıb.

Dini sahədə daha bir müəmmalı gəlişmə dünən qeydə alındı. Məlum olduğu kimi, uzun illər QMİ-nin Elmi-Dini Şurasının sədri, professor Vasim Məmmədəliyevin apardığı AzTV-də yayımlanan “Haqqın Dərgahı” verilişi ilə bağlı oldu. Bu ilin 21 fevralından etibarən sözügedən veriliş ilahiyyatçı, QMİ-nin Nəsimi Rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli tərəfindən aparılmağa başladı. Lakin son verilişi başqa bir ilahiyyatçı, fəlsəfə doktoru və İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov apardı. Doğrudur, A.Şirinov həm də QMİ-nin əməkdaşıdır, lakin bu dəyişiklik birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı AzTv ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq. Telekanalın ictimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov sualımızı öyrəndikdən sonra araşdırıb cavab verəcəyini desə də, daha sonra dəfələrlə cəhd etsək də onunla əlaqə qura bilmədik. Lakin telekanala yaxın olan mənbədən öyrəndik ki, verilişin müəllifinin dəyişdirilməsi təklifi AzTV-yə məxsus deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Xatırladaq ki, hazırda Dövlət Komitəsinin televiziya kanallarında iki verilişi mövcuddur. İctimai TV-də “Din və Cəmiyyət” verilişi, Space TV-də isə “İnam” verilişi efirə çıxır.

Qeyd edək ki, bu iki gəlişmə dini sferada ciddi fikir ayrılıqlarının və rəqabətin getdiyini göstərir. Maraqlıdır ki, bir neçə gün əvvəl ölkə başçısı Şeyxülislamın 70 illik yubileyi və bu vəzifəyə təyin olunmasının 40 illiyi münasibəti ilə tədbirlər planının hazırlanmasını DQİDK-ə tapşırdı. Görünür ki, ölkə rəhbərliyi dini qurumlar arasında soyuqluğun fərqindədir.(musavat.com)

Kənan Rövşənoğlu
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...