Polisdən kütləvi şəkildə avtomobillərə hücumlarla bağlı reaksiya
Hadise
Oxunub: 558
4 apr 2019 | 18:18
Polisdən kütləvi şəkildə avtomobillərə hücumlarla bağlı reaksiya















Son vaxtlar sosial şəbəkələrdə paytaxtda avtomobillərin qarət olunması, qaçırılması hallarının artması barədə məlumatlar yayılır. Həmçinin oğurluq edilmiş maşınların görüntüləri yayılır.

Belə halların artmasının səbəbi nədir?

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə baku.ws-in sorğusuna cavab olaraq bildirdi ki, vətəndaşların polis orqanlarına etdikləri müraciətlər əsasında qeydə alınan bütün cinayət hadisələri araşdırılır. Nəticədən asılı olaraq sonra məsələyə hüquqi qiymət verilir.

“Son zamanlar sosial şəbəkələrdə paytaxtın hansısa yaşayış massivlərində, binaların və yolların kənarlarında əsasən gecələr avtomobillərdən az qala serial oğurluqlar edilməsi ilə bağlı məlumatlar yayılsa da, çox zaman bu, gündəlik praktikada faktlarla öz təsdiqini tapmır.

Qeyd olunan halların baş verməməsində isə ilk növbədə hər bir şəxs maraqlı olmalıdır. Çünki cinayətkarlarla mübarizə və ictimai asayişin təmini təkcə hüquq-mühafizə orqanlarının işi deyil, bu, istisnasız olaraq cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinin, vətəndaşların mənafeyinə toxunan bir məsələdir.

Bir də görürsən ki, vətəndaş avtomobilini yaşadığı ərazidən uzaqda, qaranlıq, kənar ərazidə saxlayır və nəticədə oğurluq baş verir. Belə halların baş verməməsi üçün vətəndaş əvvəlcədən özündən asılı olan qabaqlayıcı profilaktik tədbirləri görməlidir.

Arzuolunan haldır ki, o, özünə məxsus nəqliyyat vasitəsini qorunan duracaqlarda, bu mümkün olmadıqda isə gözlə görünən, gecələr yaxşı işıqlandırılan ərazilərdə park etsin və ya saxlasın.

Əgər oğurluq baş veribsə, bu barədə dərhal Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”Xidmətinə və ya aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət etməlidir”.

Qeyd edək ki, müşahidələrə əsasən ən çox bahalı avtomobillər yarılır. Polis rəsmisi deyir ki, vətəndaşlar bu səbəbdən də diqqətli olmalıdırlar:

“Bahalı avtomobilləri bəzən harada gəldi saxlayırlar.

Ümumiyyətlə, avtomaşınların salonunda, gözəgələn yerdə çanta, pulqabı, bahalı telefon, məlumat daşıyıcıları, şəxsiyyəti təsdiqləyən sənədlərin, digər qiymətli əşyaların saxlanılması yolverilməzdir.

Belə vəziyyət daha çox cinayətə meyilli adamların, xüsusən oğurluqla, soyğunçuluqla məşğul olan kəslərin işinə yarayır, onların diqqətini cəlb edir.

Adətən oğurluqlar da ilk baxışdan içərisində qiymətli əşyaların olduğu görünən nəqliyyat vasitələrində olur. Təcrübə də göstərir ki, polis tərəfindən mühafizə olunan ev və ofislərdən, o cümlədən duracaqlardan oğurluqlar edilmir.

Vətəndaş özünə sual verməlidir ki, oğurluqların qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirləri görüb?

Çox şey özümüzdən asılıdır. Hər şeyi dövlət orqanlarından tələb etmək, hüquq-mühafizə qurumlarının üzərinə atmaq düzgün yanaşma deyil”.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”