Ermənistanda hərbi qiyam edən əsgərləri Qarabağa sürgün etdilər
Hadise
Oxunub: 525
25 mar 2019 | 20:50
Ermənistanda hərbi qiyam edən əsgərləri Qarabağa sürgün etdilər














Öncədən də xəbər verdiyimiz kimi, Ermənistandakı hərbi hissələrin birində əsgərlər qiyam qaldırmışdılar.
Əsgərlərin böyük bir hissəsini cəza olaraq Qarabağa sürgün ediblər. Əsgərlərin validyenləri isə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Müdafiə nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından hiddətləndiklərini bildiriblər. Əsgər analarının bildirdiyinə görə, Mehridəki hərbi hissədə baş vermiş insidentin günahkarı Qasparyan familiyalı zabitdir və onun hərəkətlərinə görə yüzlərlə əsgər hərbi hissəni tərk etmək istəyib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, insidentə görə həm zabitlər, həm əsgərlər cəzalandırılıb.

"Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20-ni seçiblər, hərbi formalarını cırıblar, telefonlarını əllərindən alıblar və avtobusla Qafandakı Hərbi polis bölməsinə göndəriblər. Oradan isə bir qismini Xankəndinə aparıblar”,- deyə aksiya iştirakçılarından biri deyib.

Onun bildirdiyinə görə insident əsgərlərdən birinin Qasparyan familiyalı zabitə yaxınlaşıb onu başqa rotaya keçirməyi xahiş etməsindən sonra başlayıb. Zabit bu xahişə görə əsgəri söyüb, onu alçaldıb, bu zaman polkun bütün əsgərləri həmin əsgəri müdafiə edib:
"Yüzlərlə əsgər hərbi hissəni tərk edib. Yolda onları polk komandiri qarşılayıb və hərbi hissəyə geri qaytara bilib”.
Əsgər analarından biri bildirib ki, insident və oğlunun başına gələnlər haqda ancaq oğlu Dağlıq Qarabağdan ona zəng vuranda eşidib. Digər aksiya iştirakçısı isə deyib ki, özü hərbi hissəyə zəng vurub və oğlunun yerini soruşub. Oradan isə deyiblər ki, əsgərin yerini bilmirlər, ola bilsin Qafanda, hərbi polisdədir.
"Mən Gümrüdən Qafana getdim. Maraqlandım. Məlum oldu ki, oğlum orada yoxdur, soruşuram, bəs haradadır? Deyirlər yəqin Qarabağa göndəriblər”.
Hökumət binası qarşısında aksiyadan sonra əsgər valideyinləri Müdafiə nazirliyinin qarşısına gediblər və orada etirazlarını bildiriblər.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hesab edir ki, hərbi hissədəki insidentlə bağlı vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə komissiya yaradılmalıdır:

"Əsgərlərin başqa hərbi hissəyə göndərilməsinə yol vermək olmaz. Bu, baş verənlərin üstünü ört-basdır etməyə xidmət edir”.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR