Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Hadise
Oxunub: 531
18 mar 2019 | 10:27
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?















Arzu Nağıyev: “Türkiyədə terror aktlarının yenidən baş verməsi gözlənilmir”

Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların ibadət etdiyi məsciddə törədilən terror hazırda dünya gündəminin ən çox müzakirə edilən məsələsidir. Belə ki, törədilən terror aktı 49 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edirmiş.

Terrorçu 28 yaşlı Brenton Tarrant hadisəni sosial şəbəkədə canlı yayımlayıb, bu qan donduran görüntülər qısa zamanda dünya mediasında yayılıb. Həm Yeni Zelandiya hökuməti, həm də beynəlxalq təşkilatlar, lider dövlətlər hələ ki, hadisəyə siyasi-hüquqi qiymət verməkdə çətinlik çəkir, bunun terror aktı deyil, silahlı hücum olduğunu sübut etməyə çalışırlar.

Hadisədən sonra Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qanlı hücumdan sonra ölkədəki silah əldəetmə qanunlarının dəyişəcəyini bildirib. Baş nazir Ardern qeyd edib ki, Kraystçerç şəhərində məscidə hücumu həyata keçirən terrorçu 2017-ci ilin dekabrında silah lisenziyası alıb və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahdan istifadə edib: “Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm”.

Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir. Terror hadisəsinin baş verdiyi şəhərə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini deyən baş nazir Ardern xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.

Ölkəsinin yasda olduğunu deyən baş nazir regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini diqqətə çatdırıb. Lakin nə o, nə də digər bir siyasi lider hadisəni terror aktı adlandırmayıb. Bunun yalnız saxlanılan şəxslərin verdiyi ifadədən sonra açıqlanacağı vurğulanıb.

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Bu hadisədən fərqli olaraq Qərb ölkələrində baş verən istənilən kiçik partlayışın, silahlı atışmanın terror olması ehtimalı dərhal önə çəkilir. Hətta buna görə, dünyanın ən böyük dövlətlərinin liderləri açıqlama verirlər. Sözügedən hadisəyə isə bu həssaslıq nəzərə çarpmır. Yalnız Türkiyə ilk addımı atıb. Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu heyətlə birlikdə qorxunc terror hücumunun yaşandığı Yeni Zelandiyaya gedib. F.Oqtay yola düşməzdən öncə İstanbul Atatürk Hava Limanında açıqlama verərək bildirib ki, bu vəhşilik iki ildir planlaşdırılıbmış: “Terrorçular Rəcəb Tayyib Ərdoğanı, türk millətini, Türkiyəni və tariximizi də hədəf alıb. Uzun illər terrorla mübarizədə böyük itkilər vermiş və terrorun hər növünə qarşı çıxmış bir ölkə olaraq Türkiyə Yeni Zelandiyanın terrorla mübarizəsində və atacağı addımlarda yanında olacaq. Yaşanan bu terror aktı İslam düşmənliyinin həddi olmadığını yenə göstərdi. Buradan bütün dünyanı İslam düşmənliyinə, xarici basqılara, radikallığa və irqçiliyə qarşı ayağa qalxmağa çağırırıq.”

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Onu da qeyd edək ki, Yeni Zelandiyada iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb. Orada əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsidir.

Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır. Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni adlandırır. O bildirir ki, Avropa türklərin işğalı altındadır.

Bəs görəsən bütün bunlar Türkiyə üçün də bir terror təhdidi formalaşdıra bilərmi? Qeyd olunan hadisələrdən sonra Qərbin hələ də hadisəni terror adlandırmaması ikili standartların göstəricisidirmi?

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Mövzunu “Yeni Müsavat” üçün şərh edən politoloq Arzu Nağıyev də təsdiqlədi ki, burada ikili yanaşma var: “Yeni Zelandiya özünü ən demokratik dövlətlərdən biri hesab edir. Hadisə ilə bağlı aparılan istintaq işində iki nəfər həbs olunub. Onlar çalışırlar bu saxlanılan şəxslərin sorğusu bitdikdən sonra hadisəyə hüquqi qiymət versinlər. Təbii ki, burada ”ikili yanaşma” da var. Çünki bu müsəlman icmasına qarşı olan hadisədir. Əvvəllər onlar belə düşünürdülər ki, burada terror hadisələri yoxdur. Çünki özlərini multikultural dəyərlərə, tolerantlığa malik dövlət kimi nümayiş etdirirdilər. Lakin terroru törədən birinci şəxsin həbsi və onun Merkelə, Ərdoğana qarşı nifrəti ilə, onları məhv etməyə çalışması ilə bağlı verdiyi bəyanatlardan sonra artıq məsələyə diqqət artırıldı. Qərb təkcə bu hadisədə deyil, daha öncə də müsəlmanlara qarşı törədilən qırğınları terror aktı adlandırmadı. Lakin sonradan məcbur oldular ki, bunu terror hadisəsi kimi dəyərləndirsinlər. Əsas məsələ bundan ibarətdir. Yəqin ki, ilkin ifadələr alındıqdan sonra qərar veriləcək və bunun həqiqətən terror kimi təsbit olunması inkar olunmazdır. İkili standart ondan ibarətdir ki, Yeni Zelandiya dövləti belə bir hadisənin baş verməsini gözləmirdi. Bu, böyük Britaniyaya bağlı dövlətdir. Və çalışırlar ki, bu hadisələri “demokratiyanın beşiyi”ndə baş verən hadisə kimi qiymətləndirsinlər. Lakin paralel olaraq dünən Böyük Britaniyada məscidə ibadət etməyə gələn şəxsin avtomobilinə hücum edilməsi bir daha göstərdi ki, bu iki hadisənin bir mərkəzdən idarə edilməsi ehtimalı var”.

Politoloqun sözlərinə görə, Türkiyədə terror aktlarının yenidən baş verməsi və bu qruplaşmanın qardaş ölkə üçün təhdid doğurması gözlənilmir: “Bu inandırıcı görünmür. Bu gün Türkiyə ilə Qərb arasında elə böyük bir problem yoxdur. Türkiyə elə bir dövlətdir ki, bir çox məsələlərdə mövqeyi Qərblə üst-üstə düşür. Son hadisələrdən sonra artıq həm terrora qarşı mübarizə gücləndirilib, eyni zamanda əməliyyat şəraitinə nəzarət olunur. Türkiyədə belə hadisələrin baş verməsi inandırıcı görünmür. Ancaq onu da qeyd etmək lazımdır ki, heç bir dövlət terrordan sığortalanmayıb. Bütün dövlətlər bu hadisədən nəticə çıxartmalıdır”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...