Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO
Hadise
Oxunub: 502
19 fev 2019 | 09:40
Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO














25-28 fevral tarixlərində Moskvada “CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır.

Media.Az-ın məlumatına görə, saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) “Dağlıq Qarabağ Respublikası” adı peyda olur.

Halbuki tədbirin keçirildiyi ölkə, yəni Rusiya Federasiyası, dünyanın digər ölkələri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

Qeyd etmək lazımdır ki, bu sərgi Almaniyanın “Messe Düseldorf Moskva” MMC şirkəti və “İgedo Company” şirkəti tərəfindən təşkil olunub.

CPM sərgisi Rusiyanın paytaxtı Moskvada ildə iki dəfə keçirilir. Ekspo mərkəzdə keçirilən sərgidə “CPM Premium”, “CPM accessoires & shoes” və “CPM Body& Beach” seqmentlərində yaradılmış 1418-ə yaxın kolleksiya ilə tanış olmaq üçün 21 min nəfərdən çox (sahə ilə əlaqəsi olan) qonaq iştirak edir. Beynəlxalq tədbiri səkkiz televiziya və radio kanalı və təxminən 300 beynəlxalq jurnalist işıqlandırır.

Bu barədə Azərbaycan Respublikasının Rusiya və Almaniyadakı səfirlikləri məlumatlandırılıb. Həmçinin, Rusiyadakı diaspor təşkilatların nəzərinə çatdırılıb.

Azərbaycan XİN mətbuat xidməti məsələni araşdırıb, qısa zamanda məlumat verməyə söz verib.

Bu arada, Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiya şirkətlərinin vaxtaşırı olaraq öz ölkələrinin qanunvericiliyini pozduğunu və Qarabağı ayrıca respublika kimi göstərdiyini diqqətə çatdırıb.

“Yuxarıda qeyd olunan hadisədən başqa, bir gün əvvəl daha iki analoji halla da qarşılaşmışıq. Mobil rabitə xidmətləri göstərən Rusiya telekommunikasiya şirkəti “Meqafon”un saytında – zənglərin tarifləri bölməsində digər ölkələr bəndində “Dağlıq Qarabağ” göstərilib. Azərbaycan isə ayrı qeyd olunub.

Bundan başqa, “Vostok” dövlət muzeyinin Qafqaza həsr olunmuş zalında xəritə asılıb. Həmin xəritədə “Dağlıq Qarabağ” və onun “paytaxtı” Xankəndi ayrıca göstərilib. Biz hər şeyi muzey əməkdaşlarına izah etdik, bu barədə şikayət və təkliflər kitabında qeydlər apardıq. Bizimlə əlaqə saxlayacaqlarına və məsələni çərşənbə axşamına kimi müzakirə edəcəklərinə söz verdilər. Biz dövlət muzeyinə və “Meqafon” şirkətinə müvafiq məktub göndərəcəyik.

Sərgiyə gəlincə, onun təşkilatçıları ilə əlaqə yaradıb, situasiyanı aydınlaşdırmağa çalışacağıq. Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Ancaq nədənsə Rusiya ərazisində fəaliyyət göstərən şirkətlər, qanunları pozmağı və bu ölkədə yaşayan və ölkə üçün çalışan azərbaycanlıların heysiyyətinə toxunmağı özlərinə rəva bilirlər”, – deyə Ş.Tağıyev bildirib. (oxu.az)Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTORusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTORusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest