Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və… – Azərbaycanda dəhşətli hadisə
Hadise
Oxunub: 367
14 fev 2019 | 09:58
Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və… – Azərbaycanda dəhşətli hadisə















Goranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 7 noyabr 2016-cı il tarixdə, saat 01.00-da Goranboyun Veyisli kəndində baş verib.

Xəyanət şübhəsi

Məftun Məmmədov Veyisli kəndində nikahlarını rəsmi qeyd etdirmədən 2013-cü ildən ər-arvad kimi yaşadığı Afət Telmanovanın ona xəyanət etməsindən şübhələnib.

O, evə gələn şəxslərin səsini yazmaq məqsədi ilə yatdıqları döşəyin iç tərəfinə gizli şəkildə “Nokia” telefonu qoyub və diktofonu aktiv edib. Hadisə baş verən günü səs yazılarına qulaq asdıqdan sonra Afət Telmanovanın ona xəyanətinə əmin olub və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə evin giriş hissəsindəki yardımçı tikilidən götürdüyü dəmir boru parçası ilə çarpayıda yatmış Afet Telmanovanın ayağından vurub.

Oyatdıqdan sonra qadından xəyanət etdiyi kişinin adını soruşub, ad çəkməsə onu öldürəcəyini deyib.

Gecə yarısı yataqda dava

Afət Telmanova ərinə xəyanət etmədiyini bildirib, onun iradlarına rədd cavabı verib.

Bundan əsəbiləşən Məftun qadının saçından tutub sürüyərək çarpayıdan yerə salıb, dəmir boru parçası ilə onun başına, qoluna, ayaqlarına, kürək nahiyəsinə ardıcıl zərbələr vurub.

Daha sonra Afəti yerə yıxılaraq hərəkət etmədiyini görüb və onun öldüyünü düşünüb.

Arvadını vurdu, DİN-ə zəng etdi

Daha sonra Məftun Daxili İşlər Nazirliyinin növbətçi hissələrinin idarə edilməsi sisteminin “102 xidməti – Zəng mərkəzi”nə tabe olan polis xidmətinə zəng edib. O, arvadı Afət Telmanovanı öldürdüyünü və Goranboy rayon polis şöbəsinə bu barədə məlumat verməklə olduğu yeri bildirib.

Polis əməkdaşlarının gəlib onu aparmasını xahiş edib.

Məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları huşsuz vəziyyətdə aşkar etdikləri Afət Telmanovanı təcili xəstəxanaya çatdırıblar.

Ona təxirəsalınmaz tibbi yardım edilib həyatını xilas etmək mümkün olub.

Cəza

İstintaq orqanı tərəfindən Məftun Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məftun Məmmədov 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məftun Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsüf edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Məftun Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Məftun Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest