Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: “Ayda 700 manat maaş alırdım”
Hadise
Oxunub: 349
14 fev 2019 | 09:55
Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: “Ayda 700 manat maaş alırdım”















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda və Azərbaycandan çıxarmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib.

O bildirib ki, taksi sürücüsü işləməmişdən əvvəl beton zavodda operator vəzifəsində çalışıb.

R.Vəliyev 9 şirkətin direktoru olduğunu, əvvəllər bankda işləmədiyini bildirib: “Əmək haqqım 700 manat olub. Maaşı nağd şəkildə Əli Can verirdi. Malik Əliyev 2013-cü ildən bizimlə çalışırdı. O, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi. “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov, bankın filial direktoru Oqtay Havıyev, işçisi Kənan Məcidov və bankın rəhbəri ilə danışıqlarım olmayıb”.

Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsi ilə xarici şirkətlərin hesabına köçürüblər. Həmçinin R.Vəliyevlə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov arasında telefon danışıqları olub.

R.Vəliyev qeyd edib ki, bankın Xətai filialında yer ayrılmaq üçün A.Mövsümovla görüşə M.Əliyev gedib: “Mən Oqtay Hacıyevə bu barədə deyəndə Azər müəllimlə danışdı. Sonra görüşə Malik getdi. Oqtay Hacıyevi üzdən tanıyıram. Ülkər Nəbiyeva bizim işçimizdir, sənədlərə baxırdı”.

Daha sonra digər təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev dindirilib. O, 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib: “Rüfət Türkiyə vətəndaşının yanında çalışdığını, onun mal dövriyyəsinin geniş olduğunu bildirdi. Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım. Azər Mövsümova bankda yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm”.

Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb xaricə köçürüb.

Şahid qismində ifadə verən Ülkər Nəbiyeva deyib ki, “Royalbank”ın keçmiş əməkdaşı olub, 2013-cü ildə M.Əliyev tərəfindən ona iş təklif olunub. O bildirib ki, R.Vəliyevlə iş görüşməsini “Azəriqazbank”ın Xətai filialının ofisində edib: “Mən işə karguzar kimi qəbul olundum. Elə iş yerimiz də bankın ofisi idi. Şirkətə bankın filialında ofis ayrılmışdı. Bir neçə işçi orada çalışırdıq. Mən müqavilə sənədlərinə baxırdım”.

Ü.Nəbiyeva söyləyib ki, R.Vəliyev banka pulları nağd şəkildə gətirib: “Ondan başqa tanımadığım bir neçə adam da banka pul gətirirdi. Pullar orada sayılırdı, sonra sənədləşmə aparılırdı”.

Məhkəmənin növbət iclası fevralın 20-nə təyin edilib.

İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər, ümumilikdə, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest