Azərbaycanda güclü zəlzələlər olacaq? – RƏSMİ AÇIQLAMA
Hadise
Oxunub: 491
12 fev 2019 | 14:59
Azərbaycanda güclü zəlzələlər olacaq? – RƏSMİ AÇIQLAMA














Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir:

“Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatlıq yaradır. Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bəyan edirik ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir”.

Mərkəzdən qeyd edilib ki, əvvəlcədən də bidirdildiyi kimi qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi www.seismology.az və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir. Qeydə alınan hiss olunan təkanların dağıdıcı olmaq ehtimalı yoxdur:

“Odur ki, bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşlarımızı hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırırıq. Vətəndaşlarımız arasında hər hansı sual yaranarsa RSXM-nin İnformasiya şöbəsinə (+994) 012 492-34-57 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərlər”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"