Azərbaycana kəskin soyuqlar gəlir
Hadise
Oxunub: 544
12 fev 2019 | 23:16
Azərbaycana kəskin soyuqlar gəlir















“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018-ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: “6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib. Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.

Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:

“Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, “qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə “havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar. Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”.

Departamentin rəhbəri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:

“Havanın orta aylıq temperaturu 0.7° şaxta olub ki, bu da iqlim normasından 5.6° azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində havanın minimal temperaturu isə mənfi 8°-dək enib. Cox illik meteoroloji müşahidələrə görə ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6° şaxta olub. 1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb. Hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib. Son 40 il ərzində isə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib. Bu proses zamanı Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması qeydə alınmış, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil etmişdi.

2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə edilib. Qar örtüyü əmələ gəlmiş və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Dünya təcrübəsində aylıq proqnozlar ümumi xarakter daşıyır, ay ərzində üstünlük təşkil edən orta temperaturun və yağıntı rejiminin səciyyəsi verilir”.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"