Azərbaycanlıların bədən ağrılarının əsas səbəbi – Müalicəsi
Hadise
Oxunub: 482
7 fev 2019 | 18:44
Azərbaycanlıların bədən ağrılarının əsas səbəbi – Müalicəsi















Türkiyədə həkimlər azərbaycanlılar üçün də vacib hesab oluna biləcək araşdırma aparıblar.

Medicina.az xəbər verir ki, onlar Türkiyə əhalisinin ağrılarının səbəblərini araşdırıblar.

Bədənində ağrı olan 14 925 xəstə üzərində aparılan müayinələrin nəticəsinə görə, onlardan 11 029-unun D vitamin çatışmazlığından əziyyət çəkdiyi məlum olub.

Həkimlər isə bildirir ki, bu vitaminin əsas qaynağı günəşdir.

Dosent Məhərrəm Çidəm araşdırma ilə bağlı danışarkən bu sözləri deyib: “Modern həyat tərzindən qaynaqlanaraq qapalı iş yerlərində çalışan, həftə sonlarını isə alış-veriş mərkəzlərində keçirən cəmiyyətə çevrilmişik. Buna görə də günəşli ölkəmiz olmasına rəğmən, insanlarımızda D vitamini əksikliyi yüksəkdir”.

Ağdəniz iqlimində yerləşən Türkiyədə aparılan digər bir araşdırmaya görə isə D vitamini əsasən qadınlarda rast gəlinir. Belə ki, qadınların 93 faizi bu problemdən əziyyət çəkir.

Çidəmin sözlərinə görə, araşdırma zamanı müayinə olunan insanların 74 faizində D vitamini çatışmazlığı problemi aşkarlanıb.

“Bu, çox yüksək göstəricidir. Problem qış aylarında daha da çoxalır, yayda isə nisbətən azalır. D vitamin mart ayında ən aşağı səviyyəyə düşür, qadınlarda isə kişilərə nisbətən daha aşağı olur”, – deyə mütəxəssis qeyd edib.


Azərbaycanlıların ən böyük bəlası

Azərbaycanda belə bir araşdırma aparılmasa da, bəzi faktorları nəzərə alaraq, ölkəmizdə də bu problemin aktual olduğunu demək olar. Çünki Azərbaycan əhalisinin əksəriyyəti qapalı iş yerlərində çalışır, qapalı məkanlarda əylənir, alış-veriş üçün AVM-lərə üz tutur. Səhər saat 9-dan axşam 6-a kimi qapalı məkanda çalışan, günəşi görməsi mümkün olan sadəcə 1 günü isə AVM-də, restoranda keçirən, yaxud ev işləri ilə məşğul olan insanda D vitamini balansından söz belə gedə bilməz.

Azərbaycanlıların əksəriyyəti bədən ağrılarından şikayət edir. Bəzən pasiyent həkimə gedir, harasının ağrıdığını soruşduqda isə “hər yerim, sanki sümüklərim sızıldayır” cavabını verir. Yəqin ki, işlədiyiniz yerdə, evdə, qohumda, qonşuda tez-tez bədən ağrılarından şikayət edənlər olur. Onlara birmənalı olaraq verilən cavab isə budur: “Yəqin düz yatmamısan”, “yastığını dəyiş”, “yəqin döşəkdəndir”. Halbuki türkiyəli alimlərin apardığı araşdırma göstərir ki, bu tip səbəbsiz bədən ağrılarının əsasını D vitamin çatışmazlığı təşkil edir.

D vitamin əksikliyindən yaranan xəstəliklər

D vitamini çatışmadıqda əzələ və sümük ağrılarından başqa, digər xəstəliklər də yaranır. Bunlar halsızlıq, yorğunluq, depressiya, multipl skleroz, təzyiq, ürək, diabet kimi bir çox xəstəliklərdir.


Günəşi görməyənlər nə etsinlər?

Qidalarla lazım olan miqdarda D vitamin almaq olmur, amma yenə də D vitamin ilə zəngin qidalar var. Yağlı balıq növləri, yumurtanın sarısı, dana ciyəri, təmiz kərə yağı bu baxımdan vacib qidalardandır.

Kimlər rist altındadır?

D vitamini çatışmadıqda yaşlı insanlarda osteoporoz, yəni sümük əriməsi yarana bilər. Mütəmadi olaraq bədən ağrısı, halsızlıq, yorğunluq yaşayan hər bir fərd müəyyən bir yaşdan sonra D vitaminini daima ölçdürməlidir. Bunu mütəxəssislər də məsləhət görür. Çünki bədəndəki vitamin azalması ilə bərabər, bud-çanaq oynağının qırılması məsələsi də yaş artdıqca aktuallaşır. Bu səbəbdən xüsusən yaşlı nəsil D vitamin məsələsində diqqətli olmalıdır. D vitamini çatışmazlığını cəmi bir müayinə ilə müəyyən emək mümkündür.

Qapalı məkanlarda çalışan insanlar da risk qrupuna daxildir. Çünki səhər iş yerinə giririk, axşam günəş batanda isə çıxırıq, beləcə D vitamin əksikliyi qaçılmaz olur.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu