Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı
Hadise
Oxunub: 375
5 fev 2019 | 16:51
Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı














Nurəddin Xoca: “Prezidentimə müraciət edəcəm”

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) barəsində başlanan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un xəbərinə görə, barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüş N.Xocanın ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib. İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan N.İsmayılov ittihamları qəbul etmədiyini bildirdi: “Həm gülməli, həm də ağlamalı cinayət işidir. İki yazıya görə cinayət işi açılıb. Halbuki hər iki yazı ”Yeni Müsavat” və reportyor-a istinadən verilib. Guya ər-arvad həmin yazıları oxuyanda əsəbiləşib şikayət ediblər. Onlar da guya buna əsasən cinayət işi açıblar. Bütün bunlar nə demək? “Yeni Müsavat”dan götürülmüş yazının başlığı belədir: “Etibar Priverdiyevin valyuta biznesi ortaya çıxdı-Sumqayıtda milyardlıq mayninq ferması tikdirib”. Reportyor.info-ya istinadən verilmiş yazının isə başlığı bu cürdür: “Azərenerji” yoxlanılır, Priverdiyev “işıq terroru” üçün dindirilir- “finski” korrupsiya.

İki yazıda dövlətə qarşı heç bir şey yoxdur. Yazıda o hissə var ki, Etibar Pirverdiyevə dövlət yüz milyonlarla pul ayırıb. Bu pullara görə Azərbaycanda tam şəkildə işıq təhlükəsizliyi olmalı idi. Ölkəmizdə bu təhlükəsizliyin olmamasına səbəb Etibar Pirverdiyevin milyonları basıb yeməsidir. Faktiki olaraq hər kəs gördü ki, Azərbaycan iki gün işıqsız qaldı. Prezidentimiz də iclasda hər şeyi dedi. Bundan əlavə, vəzifə səlahiyyətlərini aşma ittihamı da var. Ali Məhkəmənin qərarı var ki, jurnalistlər, baş redaktorlar vəzifəli şəxs deyil. Hansı vəzifə səlahiyyətlərini aşmışam, yaxud saxtakarlıq etmişəm? Bunların bəhanəsinə nəyin səbəb olduğunu heç özüm də anlamıram.

Bizim dilimizdə hər bir sözün mənası var. Dövlətə qarşı çağırışlar etmək ittihamı da var. Çağırış etmək üçün demişəm ki, gəlin gedək nəsə edək? O məqalələri açın baxın, görün belə şeylər varmı? KİV haqqında qanunun 62-ci maddəsinin üçüncü bəndi var. Mətbuatda gedən və təkzib verilməyən məlumatlara onu dərc edən mətbu orqan məsul deyil. Cinayət işi ilə bağlı dövlətimə qarşı heç bir addım atmaram. Özümü sona qədər qoruyacam. Prezidentimə müraciət edəcəm. Vəkilim Elçin Sadıqovdur. Mənə qarşı tam əsassız cinayət işi açıblar. İnanıram ki, bu, özfəaliyyətdir, prezidentin və yuxarı dairələrin xəbəri yoxdur. Bunlar göstərmək istəyirlər ki, guya işləyirlər. Mətbuat elə bir işdir ki, bu gün mənim üstümə gəlirlərsə, sabah digərinin üstünə gedəcəklər. Bunların qarşısını almaq lazımdır”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu