“Belə məlumat var ki, Azərbaycan bizi...” - ERMƏNİSTANDA TƏŞVİŞ YARANIB
Hadise
Oxunub: 389
29 yan 2019 | 20:20
“Belə məlumat var ki, Azərbaycan bizi...” - ERMƏNİSTANDA TƏŞVİŞ YARANIB














Ermənistan üzərində yeni təhdid yaranıb. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Qraparak” qəzeti (“Meydan”) yazır. Qəzet bildirir ki, həmin təhdid Azərbaycanın Ermənistanı internetsiz və rabitəsiz qoymağa hazırlaşması ilə bağlıdır.

Belə ki, son vaxtlar Azərbaycan şirkətləri ilə Qafqazı internetlə təmin edən Gürcüstan provayder “Caucasus Online” şirkəti arasında bu şirkətə məxsus 1200 kilometrlik optik-lifli kabelin alınmasına dair intensiv danışıqlar aparılır. Əgər həmin sövdələşmə baş tutsa Azərbaycan internetin köməyi ilə Ermənistana qarşı kəşfiyyat işlərinə başlayacaq, maksimum planda isə Ermənistanı rabitədən çox sürətlə məhrum edə biləcək.

Qəzetin yazdığına görə Ermənistan hökuməti hələ ki, bu məsələ ilə ciddi maraqlanmır və preventiv addımlar atmır. Mütəxəssislər isə deyirlər ki, hazırda Ermənistan üçün alternativ internet-provayder sadəcə olaraq mövcud deyil.

Xatırladaq ki, Azərbaycanın “Azeronline” şirkətinin “Caucasus Online” şirkətindən 1200 kilometrlik optik-lifli kabeli almaq üçün danışıqlar aparması haqda xəbərlər hələ bir neçə il əvvəl Gürcüstan KİV-lərində yer almışdı. Lakin belə görünür ki, həmin vaxt danışıqlar nəticə verməyib.

Ermənistanda internetin 85%-i, Azərbaycanda 50%-i, Gürcüstanda isə 55%-i bu kabelin köməyi ilə təmin olunur.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...