Harrold Keyn: “Qarabağda mənə 11 yaşlı qızı fahişə kimi təklif etdilər” - SEPARATÇILARIN HƏYATININ QORXUNC TƏFƏRRÜATLARI
Hadise
Oxunub: 664
26 yan 2019 | 23:39
Harrold Keyn: “Qarabağda mənə 11 yaşlı qızı fahişə kimi təklif etdilər” - SEPARATÇILARIN HƏYATININ QORXUNC TƏFƏRRÜATLARI















Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Ermənistanın Köçəryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır.

Kitabdakı faktlar – qaçaqmalçılıq, qanunsuz silah alveri, təbii sərvətlərin talanması, insan alveri və s. http://www.narcokarabakh.net/en/ saytında ətraflı şəkildə yayımlanıb. Qafqazda bir neçə həftə vaxt keçirən müəllif yazır ki, o, Ermənistana və işğal altındakı Dağlıq Qarabağa turist adı altında səfər edib.

“Dağlıq Qarabağ mövcud statusuna görə havadan asılı qalıb. Bu fakt bölgənin mütəşəkkil cinayətkarlıq məkanı kimi istismar edilməsinə imkan yaradır. Erməni mafiyası. İran İnqilab Qvardiyası, əfqan qaçaqmalçıları, narkobaronlar və dünyanın ən görkəmli silah tacirləri üçün bu bölgə poliqon rolunu oynayır”, - deyə müəllif yazır.

Keyn tədqiqatları zamanı İrəvanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Polislər onun qaldığı mehmanxanaya gecə vaxtı hücum ediblər. Bununla yanaşı, o, Xankəndində erməni polislər tərəfindən döyülüb.

“Biz ortaya çıxardıq ki, Dağlıq Qarabağ ərazisində lokal cinayətlər baş verir, burada baş verənlərin böyük hissəsi keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla bağlıdır. Onlar dəhşətli insan əzabları üzərində milyardlarla dollar pul qazanıblar”, - deyə müəllif qeyd edir.

Kitabda Qarabağın seks alverçiləri üçün də potensial yer olduğu deyilir. Ailələrin yoxsulluğundan istifadə edərək, onları aldadır və gənc qızlarını əllərindən alırlar. Qızlar sonra Qərbi Avropanın Madrid, London və Berlin kimi böyük şəhərlərindəki fahişəxanalarda, eləcə də İrəvanın gecə klublarında işləməyə məcbur edilirlər. Kitabda bu dəhşətli cinayətin qurbanı olan bir neçə qızın hekayəsi də yer alıb. Qarabağdan olan Aliyə Madriddə seks işçisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, Keynin özünə İrəvanda hökumətin lisenziyası kimi fəaliyyət göstərən “Omeqa” və “Şarlotta Kabare” klublarda 11 yaşlı qız təklif ediblər.

“Üç qız atası kimi bundan dəhşətə düşdüm. Köçəryan və Sarkisyanın qızları, anaları və bacıları var. Necə ola bilər ki, eks-prezidentlər və onların ətrafındakı qadınlar belə dəhşətli sənayeyə imkan veriblər, inanılmazdır”, - deyə Keyn yazır.

Bir müddət öncə “Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezidenti Robert Köçəryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi Köçəryana verilir. Bununla yanaşı, İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan aparılır. Sayt qeyd edirdi ki, hazırkı prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır.

“Armenia Today” portalı narkoticarətin başında Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyanın dayandığını yazırdı. “Joxovurd” qəzeti isə qeyd edirdi ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin keçmiş qubernatoru Suren Xaçatryan da narkotik alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı cinayət işi açılıb, daha sonra o, fəaliyyətini Ermənistanda davam etdirib. Ermənistan KİV-i narkotrafikdə diqqəti “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası”na çəkir. Bu palata cinayətlərin ört-basdır edilməsi üçün pərdə rolunu oynayır. Hətta İranın iş adamlarının Dağlıq Qarabağ ərazisinə investisiya qoymaq istəklərinin əslində narkotik maddələrin becərilməsi və istehsalına hesablandığı haqqında məlumatlar var.
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli