Gürcüstana səyahət nə dərəcədə təhlükəlidir? – EKSPERT RƏYİ
Hadise
Oxunub: 397
25 yan 2019 | 09:28
 Gürcüstana səyahət nə dərəcədə təhlükəlidir? – EKSPERT RƏYİ















Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı 19 nəfərə çatıb. Bu haqda Gürcüstan mətbuatı məlumat yayıb (24 yanvara olan informasiya – red). Halbuki ölkənin Səhiyyə Nazirliyi epidemiyanın təhlükəli olmadığını və xəstəliyə yoluxma səviyyəsinin aşağı düşdüyünü deyir.

“Media.Az” Azərbaycan vətəndaşlarının yaxın zamanlarda qonşu ölkəyə səyahət etmələrinin nə dərəcədə məqsədəuyğun olub-olmamasını ekspertlərdən öyrənməyə çalışıb.

Rəsmi hesablamalara görə, Gürcüstanda “donuz qripi”nə doqquz min nəfər yoluxub. Onlardan 42 nəfərin vəziyyəti ağırdır və hazırda reanimasiyada ölümlə çarpışırlar.

Gürcüstanda qızılcaya yoluxmuş insanların sayı da gündən-günə artır. 2019-cu ilin əvvəlindən bu infeksion viruslu xəstəliyə 335 nəfərin yoluxduğu qeydə alınıb. Bu haqda Gürcüstan səhiyyə naziri David Serqeyenko açıqlama verib. Ölkədə epidemiya elan olunub. İnfeksiyaya yoluxmuş vətəndaşlar arasında azyaşlılar və 15-40 yaş arasında olan pasiyentlər üstünlük təşkil edir.

Bu, əhalinin virusa qarşı immunitetinin olmaması ilə əlaqəlidir. Ölkədə peyvənd olunmamış insanların sayı 200 minə yaxındır. Ona görə də Serqeyenkonun sözlərinə inansaq, Gürcüstan hökuməti bütün vətəndaşları pulsuz peyvəndlə təmin etmək niyyətindədir.

Mütəxəssislər “donuz qripi”nin ikinci dalğasının başlanacağını proqnozlaşdırır. Proqnozlara inansaq, bu, mart ayında baş verəcək. Həmin ayda Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində azərbaycanlılar kütləvi şəkildə Gürcüstana səfər edirlər.

Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın dediyinə görə, “donuz qripi”nin ikinci dalğasının olub-olmayacağını indidən demək tezdir.

“Bizim əhali bu gün Gürcüstanda baş verənlər haqqında yaxşı məlumatlıdır. Vətəndaşlarımızın vacib səfərlər istisna olmaqla, ora yollanacağına şübhə edirəm. Gürcüstana işlə bağlı və ya başqa səbəblərlə gedənlər başqa məsələ. Kiminsə Gürcüstana və ya başqa ölkələrə getməsinə qadağa qoya bilmərik. Bizim işimiz əhalini məlumatlandırmaqdır. Hesab edirəm ki, bu tapşırığın öhdəsindən kifayət qədər yaxşı gəlirik. Gürcüstana səfər etməyi planlaşdıran insanlara vaksinasiyadan keçmək tövsiyə edə bilərik.

Ölkəmizdə mövsümi qripə qarşı yalnız özəl səhiyyə sektorunda peyvənd etdirmək olur. Gürcüstanda “donuz qripi”nin ikinci dalğasına gəlincə, bunun baş verməyəcəyinə ümid edirəm. Hazırda Gürcüstanda əhalinin vaksinasiyası aparılır. Bu, növbəti xəstəlik dalğasından qaçmağa kömək edə bilər. Azərbaycana gəlincə, bizdə epidemioloji vəziyyət sabitdir, hələlik H1N1 virusuna bir yoluxma halı belə qeydə alınmayıb. Bütün sərhəd məntəqələrində ciddi epidemioloji nəzarət həyata keçirilir”, – deyə A. Əliyeva bildirib.

Azərbaycanın Turizm Assosasiyasının sədri Nahid Bağırov isə hesab edir ki, qonşu ölkədə “donuz qripi”nə yoluxma ilə bağlı artım tendensiyası davam etsə, nəticə etibarı ilə Gürcüstana turist axını zəifləyəcək.

“Ancaq hələ ki, Gürcüstanda turistlərin sayının azalması ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin Azərbaycanın heç bir rəsmi instansiyası qonşu ölkəyə səfər etməməklə bağlı xəbərdarlıq etməyib.

İnanıram ki, Gürcüstan tərəfi epidemiyanın qarşısını almaq üçün əlindən gələni edəcək. Turizm Gürcüstanın əsas gəlir mənbəyindən biridir. Ölkənin imici və beynəlxalq nüfuzuna xələl gəlməməsi üçün əhalinin vaksinasiyası istiqamətində lazımı ölçülər götürəcəklər. Ona görə düşünürəm ki, bizim vətəndaşlar hər il olduğu kimi bu il mart bayramlarında Gürcüstana yollanacaq. Hadisələr başqa ssenari üzrə inkişaf etsə, vəziyyət daha dramatik olsa, böyük ehtimalla həmyerlilərimiz Novruz bayramını Gürcüstanda yox, Türkiyədə qeyd edəcək”, – deyə N. Bağırov bildirib.
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi