Yazda Qarabağda müharibə alovlana bilər: əriklər ölkəsində qarışıqlıq…
Hadise
Oxunub: 521
16 yan 2019 | 23:39
Yazda Qarabağda müharibə alovlana bilər: əriklər ölkəsində qarışıqlıq…














2019-cu ilin yazında Qarabağda müharibə başlaya bilər

Əriklər Ölkəsi Partiyasının sədri Zarui Postancyan mediaya açıqlamasında deyib.

O bildirib ki, buna səbəb Serj Sərkisyanın rəhbərlik etdiyi ordudakı hüdudsuz korrupsiya, həmçinin Paşinyanın səviyyəsiz xarici siyasətidir.

Məlumdur ki, Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında isə informasiyanın xüsusi rolu var.

Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasının olduğunu nəzərə alsaq, Ermənistan tərəfi bu bazadan daim öz xeyrinə istifadə etməyə çalışır.

Bu baxımdan zaman-zaman Ermənistanın qondarma ittihamları gündəmə gəlir.Hətta Ermənistanın yeni höküməti də bu üsuldan vaz keçə bilmir.

Bu gün Azərbaycan sarsılmaz sabitlik şəraitində ictimai-siyasi, sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşamaqdadır.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən lider ölkələr sırasında öz layiqli yerini tutmaqdadır.

Bütün sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizi getdikcə daha güclü etməkdə, xalq-iqtidar birliyi Azərbaycanı yenilməz dövlətə çevirməkdədir.

İşğalçı Ermənistanda isə bunun tam əksi müşahidə olunur.İqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb.Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil.

Burada bir məqamı xüsusi qabartmaq lazım gəlir ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun liderinin təcavüzkara qarşı gördüyü tədbirlərdir.

Ötən ilə nəzər yetirdikdə şahidi oluruq ki, Azərbaycan Ermənistanın siyasi iflasını uğurla həyata keçirib. İştirak edilən beynəlxalq tədbirlər, sammitlər lazımi nəticə ilə yekunlaşıb: İlham Əliyev Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla göstərib.

Azərbaycan Prezidentinin səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər bu fonda Azərbaycanın xarici siyasətində yeni uğur kimi qəbul olunub.

Bu gün birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir.

Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir.Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır.

Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır.Yəni Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir.

Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib