Yağış, qar yağacaq — Nazirlikdən xəbərdarlıq
Hadise
Oxunub: 334
10 yan 2019 | 10:27
Yağış, qar yağacaq — Nazirlikdən xəbərdarlıq















Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq edir ki, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ