Bakının kül olmuş binası (FOTO)
Hadise
Oxunub: 1 509
11 apr 2015 | 16:37
ANS PRESS ötən gün yanmış bina sakinləri ilə görüşüb
Müəllif
Ziya Babayev
Baxılıb
1585
Kateqoriya
Adam Içində
Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın zamanı sakinlərin evlərinə böyük zərər dəyib. Bunu ANS PRESS olaraq həmin binaya baxış zamanı gördük.

Müşahidələrimiz zamanı bina sakinlərinin yanmış evlərindən köçdüyünü gördük. Sakinlər yanmış evlərində salamat tapa bildikləri əşyalarını yığışdırıb köç edirdilər. Mənzillərdən birində gənc qıza aid olan protez ayaq diqqətimizi çəkdi. Gənc qız yanğın başlayanda protezini evdə qoyaraq canını çətinliklə alovun dilimlərindən qurtara bilib.

Yanmış mənzillərin hər birində illərlə insanların zəhmətlə qazanaraq aldıqları əşyaların bir ovuc külü görünürdü.

Sakinlər bildirdilər ki, artıq hadisə yerinə baxış keçirilib. Binanın yanmış üzlərinin dəyişdirilməsinə başlanılıb.

Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, fövqəladə hallar komissiyasının üzvləri araşdırma aparır. Araşdırmalardan sonra əhaliyə dəymiş ziyan müəyyən edilərək və kompensasiya ödəniləcək. Bundan əlavə, sakinlər İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların evləri təmir olunana qədər kirayə haqqı dövlət tərəfindən ödəniləcək, - deyə Rafiq Quliyev bildirib.

Qeyd edək ki, ötən gün Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının kül olmuş binası (FOTO)
Bakının kül olmuş binası (FOTO)
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi