Azərbaycanda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər
Hadise
Oxunub: 387
12 dek 2018 | 18:18
Azərbaycanda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər
















Masallı rayonunun Sığıncaq kəndi ərazisində Müseyibovlar ailəsinə məxsus fərdi yaşayış evində partlayış baş verməsi haqda xəbər vermişdik. Qeyd etmişdik ki, partlayış yaşayış evinin qarajında qaz sızması nəticəsində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Sığıncaq kəndinə gedərək, baş vermiş hadisənin təfərrüatlarını öyrənib. Hadisə baş verən kimi köməyə gələn qonşular bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara ərazidə qaz sızması olması barədə şikayət ediblər.

Qonşu Şahmar Şahəliyev deyib ki, partlayış baş verən evin həyət qapısının önündən keçən yeraltı qaz xəttində 2 aydan çoxdur sızma olub: “Dəfələrlə “104” xidmətinə və Masallı Rayon Qaz İstismar İdarəsinə məlumat vermişdik. Gəlib baxırdılar, deyirdilər ki, “texnikamız yoxdur”. Elə hadisə olan gün səhər saatlarında ailə üzvləri tərəfindən “104” xidmətinə zəng edilib ki, qaz sızması var, yenə gəlib baxmayıblar”.

“Axşam saat 8-ə qalmışdı, evdə oturmuşdum, birdən partlayış səsi eşitdik. Səsə çıxdıq, gördük ki, qonşunun evi partlayıb. Çox güman, torpaq altındakı borudan sızan qaz yeraltı yollarla evin altına dolub. Nəticədə də partlayış baş verib. Çünki başqa bir şey yoxdur. Evdə qaz sistemi yoxdur, partlayış olan otaqda da kombi qızdırıcıları quraşdırılıb” – deyə Şahəliyev əlavə edib.

Digər qonşu Şahin Şahəliyev də hadisə barəsində danışıb: “İşdən yenicə gəlmişdim ki, partlayışı eşidib qaçdıq buraya. Gəlib gördük ki, uşaqlar, tamamilə yanıblar, şalvarları yanaraq bədənlərinə yapışıb. Demək olar ki, xəstəxanaya özümüz çatdırdıq. Təcili Tibbi Yardım maşını gecikirdi deyə, yolun yarısına kimi özümüz apardıq. Yarı yolda isə uşaqları Təcili Tibbi Yardım maşınına qoyub xəstəxanaya apardıq”.

Onun sözlərinə görə, partlayışda Əli və Məhəmməd Müseyibov qardaşları, onların dayısı oğlu Sənan Kərimov yanıblar: “Partlayışdan bir neçə dəqiqə öncə uşaqların anası 2-ci mərtəbədə namaz qılmağa başlayıb. Uşaqlar isə aşağı otağa oynamağa düşüblər. İçəri daxil olanda uşaqlardan biri işığı yandırıb, elə bu an da partlayış olub. Analarının isə əlləri uşaqları otaqdan çıxaranda yanıb”.

Azərbaycanda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər








“Hadisə baş verəndən sonra qaz idarəsindən gəldilər. Yeri əvvəlcə əl ilə qazdılar, gördülər ki, qazmaq mümkün deyil, icra hakimiyyətinə müraciət etdilər. Oradan da ekskavator göndərdilər və borunu təmir etdilər. Yəni partlayış olandan sonra boru təmir olundu” – deyə hadisə şahidi əlavə edib.

Masallı Mərkəzi Rayon Xəstəxanasının həkim-travmatoloqu Faiq Əliyev Sputnik Azərbaycan-a xəstəxanaya daxil olan yaralıların vəziyyəti barədə məlumat verib: “Qaz sızması nəticəsində baş verən partlayışdan sonra xəstəxanamıza Təcili Tibbi Yardım xidməti tərəfindən 3 xəstə gətirilib. Xəstələr II-III dərəcəli şok vəziyyətində olduqlarına görə, onlara şok əleyhinə tədbirlər görülüb. Ağrıkəsicilər vurulub, yaraları sarıldıqdan sonra xəstələr Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib”.

“Qeyd edim ki, xəstələrin hər biri ayrı-ayrılıqda Təcili Tibbi Yardım xidmətinin avtomobilində, reanimatoloq həkimlərin müşayiəti ilə Yanıq Mərkəzinə aparılıb” – deyə F.Əliyev əlavə edib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbəlayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı məşğul olur: “Araşdırmanın sonunda nəticə barədə məlumat veriləcək”.

Azərbaycanda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər








Qurum rəsmisi kənd sakinlərinin qaz sızması ilə bağlı dəfələrlə “104” qaz-qəza xidmətinə və Masallı Qaz İstismar İdarəsinə zəng edərək şikayət etdikləri iddiasına da münasibət bildirib: “Hazırda faktla bağla aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Əgər deyilən faktlar öz sübutunu taparsa, təbii ki, işinə məsuliyyətsiz yanaşan əməkdaş və yaxud əməkdaşlar öz cəzasını alacaqlar”.

Qeyd edək ki, əraziyə gələn mütəxəssislər evin altında hələ də qaz olduğunu aşkar ediblər.

Xatırladaq ki, partlayış nəticəsində Əli və Məhəmməd Müseyibov qardaşları, onların dayısı oğlu Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar. Əli Müseyibov xəstəxanada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır və onların müalicəsi davam etdirilir.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb