Girov ailələri onların xarici görünüşündən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik”
Hadise
Oxunub: 309
11 dek 2018 | 10:10
Girov ailələri onların xarici görünüşündən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik”














5 ilə yaxındır erməni girovluğunda saxlanılan azərbaycanlılar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə geri qaytarılması gün keçdikcə müşkülə çevirilir. Azərbaycan hökuməti onların qaytarılması üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikola Paşinyan “Azərbaycan tərəfinin hamının hamıya” təklifini etdiyini də etiraf edib. Amma nəticə Ermənistan tərəfinin aparadığı “siyasət” səbəbilə dəyişməz olaraq qalır.

Ailələrinin Şuşa türməsində saxlanılan azərbaycanlıların səhhəti ilə ciddi narahatlıqları var. Yaxınları buna əsas kimi onlardan hər hansı məktub, videozəng, foto almadıqlarını bildirirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Modern.az-a bildirib ki, saxlanılan şəxslərlə bağlı məlumatlar ailələrinə mütəmadi olaraq çatdırılır:

“Amma bu məlumatlar sırf ailəyə məxsus olduğundan, onun hansı növə məxsusluğunu ictimaiyyətə açıqlamırıq”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a deyir ki, 1 ildən çoxdur atasından hər hansı məlumat almır:

“Sonuncu dəfə 2017-ci il noyabrın 1-də atam tərəfindən yazılan məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə təqdim edib. Həmin vaxtdan sonra nəinki foto, video, heç informasiya xarakterli məktub da almamışam. Ancaq şifahi şəkildə “yaxşıdır” məlumatını almışıq. Ümumiyyətlə, indi atamın xarici görünüşü necədir, təsəvvür belə edə bilmirəm”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev də Modern.az-a təxminən eyni sözləri söyləyir:

“5-6 aydır heç məktub da almırıq. Şəkil, video kimi məlumatlar ümumiyyətlə çatdırılmayıb. Bildiyim odur ki, eləcə quru nəfəsləri qalıb. Onun da şəklini necə çəksinlər..”.

2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub.

“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı – Elnur Hüseynzadə də saxlanılır.
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO